Yüksək sosial rifahın real nümunəsi
Prezident İlham Əliyevin iki
böyük sosial paketi çərçivəsində ölkədə
ilk dəfə olaraq minimum əməkhaqqı bir
ildə 2 dəfə artırılıb
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq və vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Elə bu səbəbdən də dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, eyni zamanda hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.
Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, bu kateqoriyaya aid olan insanlara mənzillər, avtomobillər verilir, onlar güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər.
Beləliklə, sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.
2019-cu ilin əvvəlindən başlayaraq dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşların rifah halını yüksəldib.
Prezidentin 2 sosial paketi ümumilikdə 4,2 milyon nəfəri
əhatə edib. İki sosial paket çərçivəsində
reallaşan uğurlu göstəricilərə nəzər
yetirdikdə bunu aydın şəkildə
görə bilərik.
Beləliklə, iki sosial paket 4,2
milyon insanı əhatə edir. İki sosial paketin maliyyə tutumu bu il
üçün 2,3 milyard manat, gələn üçün
isə 3 milyard manatdır. Bu isə o deməkdir ki, Azərbaycanda bir il ərzində
iki dəfə minimum əməkhaqqı və
minimum pensiya artırılıb.
Ölkəmiz bu göstərici
üzrə MDB-də müvafiq olaraq 1-ci yerdə qərarlaşıb.
Bütün bunlar ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması
üçün atılan
növbəti addımdır
və sosial rifahın yüksəldilməsinə
dair həyata keçirilən ardıcıl
və məqsədyönlü
tədbirlərin miqyasının
getdikcə artdığını
göstərir. Şübhəsiz ki, bu islahatların başında
Azərbaycan vətəndaşının
maraqları və onun rifah halının
yaxşılaşdırılması, həmçinin sosial ədalət və humanizm prinsipləri durur.
Digər sahələrdə də həyata keçirilən
islahatlar, əhalinin yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün göstərilən
səylər onu deməyə əsas verir ki, bunlar
ölkənin dinamik inkişaf etməsinə və yoxsulluğun daha da azalmasına
səbəb olacaq.
Əminliklə deyə bilərik ki, bu islahatlar
ölkədəki sabitliyin,
iqtisadi inkişafın
nəticəsidir.
Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair
həyata keçirdiyi
işlərin miqyası
isə gündən-günə
genişlənir. Sosial sahədə atılan
mütərəqqi addımlar
Azərbaycan vətəndaşının
maraqlarının dövlətin
həyata keçirdiyi
siyasətin mərkəzində
dayandığını bir
daha təsdiqləyir.
Prezident İlham
Əliyevin sosial islahatlarla bağlı ilin əvvəlindən başlayaraq imzaladığı
fərman və sərəncamlar onu deməyə əsas verir ki, 2019-cu il böyük
sosial səmərəlilik
ilidir və ölkəmizin tarixinə
sosial islahatlar ili kimi yazılacaq.
I sosial
paket:
- Minimum əməkhaqqı
130 manatdan 180 manata yüksəldi;
- 600 min işçinin
əməkhaqqı artırıldı;
- 14 kateqoriyaya aid
şəxslər üzrə
sosial müavinətlər
100 faiz artdı;
- 9 kateqoriya üzrə Prezidentin aylıq təqaüdü
orta hesabla 100 faiz artdı;
- 450 min nəfərin
əməkhaqqında 30 faiz,
150 min nəfərdə isə
25 faiz artım oldu;
- 223 min insanın
pensiya təminatı yaxşılaşdırıldı;
- Minimum əməkhaqqı
və minimum pensiya 40 faiz artdı;
- 100 minə yaxın tələbənin
təqaüdü artırıldı;
- Minimum pensiyalar
116 manatdan 160 manata yüksəldi;
- Milli qəhrəmanlar üçün
Prezident təqaüdü
1000 manatdan 1300 manata qalxdı;
- Şəhid ailəsinə verilən təqaüd 242 manatdan 300
manata qaldırıldı;
- Əfqanıstan
şəhidlərinin ailəsinə
verilən müavinət
300 manat oldu;
- 2 yeni təqaüd növü təsis edildi;
- 800 mindən çox insanın problemli krediti həll edildi;
- Çoxmənzilli
binalardakı mənzil
probleminin həlli
300-400 insanı əhatə
etdi;
- 3 milyona yaxın insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalandı;
- Sosial məsələlərin həllinə
ümumilikdə 1,6 milyard manat vəsait
yönləndirildi;
- Bu gün artımlardan 830 min insan yararlanır.
II sosial
paket:
- Minimum əməkhaqqı
180 manatdan 250 manata yüksəldi;
- 1 milyon 350 min işçinin əməkhaqqı
artırıldı;
- 950 min nəfərin
(600 min dövlət, 350 min qeyri-dövlət sektoru) maaşı artdı;
- Büdcədən
maliyyələşən 400 min nəfərin vəzifə
maaşları 20-50 faiz
yüksəldi;
- Artım üçün büdcədən
illik 780 milyon manat əlavə vəsait ayrıldı;
- Minimum əməkhaqqının
məbləği 92,3 faiz artırıldı;
- Minimum əməkhaqqı
yaşayış minimumunu
(180 manat) 40 faiz üstələdi;
- 750 min pensiyaçıya
verilən vəsait isə oktyabrın 1-dən
artırılacaq;
- Pensiyanın
minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq;
- Bu artım 660
min nəfər pensiyaçını
əhatə edəcək;
- Bununla pensiyanın minimum məbləği
il ərzində 72,4 faiz artırılmış
olacaq;
- İki sosial paketin 2 illik maliyyə tutumu 5,3 milyard
manatdır;
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2019.-4 sentyabr.- S.1-2.