İstanbulda “İslam
Əməkdaşlıq Təşkilatı
Gənclər Günü”
Forumu işə başlayıb
Sentyabrın 3-də Türkiyənin İstanbul
şəhərində “İslam
Əməkdaşlıq Təşkilatı
(İƏT) Gənclər Günü”
Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Azərbaycanı
Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik
etdiyi nümayəndə
heyəti təmsil edir.
Tədbirdə, eyni zamanda, İslam Konfransı Təşkilatının
Dialoq və Əməkdaşlıq uğrunda
Gənclər Forumunun
(İCYF) prezidenti Taha
Ayhan, Türkiyənin
Gənclər və İdman naziri Muharrem Kasapoğlu,
İƏT-in mədəniyyət və sosial məsələlər üzrə
baş direktoru xanım Mehla Ahmed Talebna, Malinin Gənclər və İdman naziri Aruna Modibo Toure
və digərləri
də iştirak edirlər.
Forumda çıxış edən
nazir Azad Rəhimov əvvəlcə Taha Ayhanı İCYF-nin prezidenti seçilməsi münasibətilə təbrik
edib, ona uğurlar arzulayıb. Nazir bu təşkilatın çox
böyük inkişaf
yolu keçdiyini və ötən dövr ərzində
İƏT-ə üzv ölkələrdən
48 gənclər institutunun
İCYF sıralarına qoşulduğunu
qeyd edib.
Nazir çıxışında Azərbaycan
Hökumətinin daim
İCYF-ni dəstəklədiyini,
2004-cü ildə Prezident
İlham Əliyevin himayəsi altında İslam Əməkdaşlığı
Gənclər Forumunun
Baş Assambleyasının
Bakıda keçildiyini
diqqətə çatdırıb. Eyni zamanda,
İstanbulda İCYF-nın
baş qərargahının
açılışında da Prezident İlham
Əliyevin iştirak etdiyini bildirib. O vurğulayıb ki, həmin gün - 3 sentyabr tarixinin İslam Konfransı Təşkilatı tərəfindən
İslam Ölkələri
Gənclər Günü
kimi qeyd olunması haqqında qərar qəbul edilib.
Azad Rəhimov təşkilat və Azərbaycan Hökuməti
arasındakı sıx
münasibətlərdən danışarkən bildirib:
“2018-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən,
İslam Əməkdaşlıq
Təşkilatı Gənclər
Forumunun yaranması və inkişafındakı
təşəbbüs və
roluna, İslam Əməkdaşlıq Təşkilatı
gəncliyinin inkişafına
yönəlmiş fəaliyyətlərə
və quruma üzv ölkələr arasında həmrəyliyin
gücləndirilməsinə verdiyi daimi və
müstəsna dəstəyə
görə İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumunun
Gənclərin hamisi
ilk Fəxri Nişanını
verdiyiniz üçün
sizə təşəkkür
edirəm”.
Nazir söyləyib ki, bu gün dünyanın
25 faizini, təqribən
2 milyard əhalisini müsəlmanlar təşkil
edir. Bu din dünyada yüksək sürətlə
inkişaf etməkdədir.
Əfsuslar olsun ki, bir sıra İslam
ölkələrinin gəlirləri
və həyat səviyyələri dünyanın
digər ölkələri
ilə müqayisədə
çox aşağıdır.
Təhsil və gənclər
siyasəti hər bir ölkənin prioritet sahələrindən
olmalıdır. Gənclər siyasi, iqtisadi, ümumilikdə, ölkənin
inkişafına istiqamətlənmiş
sahələrdə özlərini
realizə edib, böyük işlərə
imza atmalıdırlar.
Təbii
ki, bütün bu məsələlərdə
dövlətin rolu əvəzsizdir. Ölkədə gənclər siyasəti mütləq şəkildə
yüksək səviyyədə
inkişaf etməlidir.
Azərbaycanda həyata
keçirilən dövlət
gənclər siyasəti
haqqında məlumat verən nazir Azad Rəhimov deyib ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il
fevralın 2-də imzaladığı
Fərmana əsasən,
fevralın 2-si ölkəmizdə
Azərbaycan Gəncləri
Günü elan edilib. Bu gün
Azərbaycanda gənclərin
inkişafına yönəlmiş
dövlət proqramları,
strategiyalar uğurla həyata keçirilir.
Ölkəmizin müxtəlif regionlarında
gənclərin özlərini
realizəsi üçün
40-dan çox gənclər
mərkəzləri mövcuddur.
Üç yüzdən çox
gənclər təşkilatı
fəaliyyət göstərir.
Sonda nazir Forum iştirakçılarına
uğurlar arzulayıb.
Qeyd edək ki, forum çərçivəsində
nazir Azad Rəhimov Türkiyənin Gənclər
və İdman naziri Muharrem Kasapoğlu, İƏT-in mədəniyyət
və sosial məsələlər üzrə
baş direktoru xanım Mehla Ahmed Talebna, Malinin Gənclər və İdman naziri Aruna Modibo Toure,
həmçinin Dünya
Etnosport Federasiyasının
prezidenti Bilal Erdoğan ilə ikitərəfli görüşlər
keçirib.
Azərbaycan.- 2019.-4 sentyabr.- S.2.