R.R.Məmmədovun “Azərbaycan Televiziya
və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyəti sədrinin müavini vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rövşən Raqif oğlu Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr
2019-cu il
Azərbaycan.- 2019.- 5 sentyabr.- S. 1.