Rusiyanın Təhlükəsizlik Şurasının katibi Ulu Öndər heydər
Əliyevin məzarını və Şəhidlər
xiyabnını ziyarət edib
Rusiyanın Təhlükəsizlik
Şurasının katibi
Fəxri və Şəhidlər xiyabanlarını
ziyarət edib
Azərbaycanda səfərdə
olan Rusiya Federasiyası Təhlükəsizlik
Şurasının katibi
Nikolay Patruşevin başçılıq etdiyi
nümayəndə heyəti
sentyabrın 4-də Fəxri
xiyabana gələrək
müasir müstəqil
dövlətimizin memarı
və qurucusu, xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı
önünə əklil
qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı
üzərinə tər
güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına
gedən nümayəndə
heyəti Azərbaycanın
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş qəhrəman
Vətən övladlarının
xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin
önünə əklil
qoyub.
Azərbaycan.- 2019.-5 sentyabr.- S.2.