Xəzərin sahilində Sumqayıt bulvarı
Bir zamanlar Sumqayıtın adı gələndə göz önünə yalnız böyük sənaye qurğuları, şəhərin qoynuna "səpələnmiş” çoxsaylı zavodlar, istehsalat sahələri gəlirdi. Ovaxtlar bugünkü Sumqayıtı bəlkə də heç kəs təsəvvüründə canlandıra bilməzdi.
Çünki bugünün Sumqayıtı bir çox sənaye müəssisələri ilə şöhrət tapsa da, eyni zamanda gözəlliklər şəhəridir. Abad, havası, suyu təmiz olan məkandır. Sumqayıtın bir qüruru da onun Dənizkənarı bulvarıdır.
Azərbaycanda həyata keçirilən infrastruktur layihələri sırasında Sumqayıt Dənizkənarı bulvarının və şəhər çimərliyinin yaradılmasının öz yeri var. Xəzərin göy sularının çırpıldığı sahillərdə belə bir bulvarın salınması ölkəmizdə insanların sağlamlığına, istirahətinin xoş və mənalı keçməsinə göstərilən qayğının təzahürüdür. Bu kompleks, eyni zamanda Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından əhəmiyyətlidir.
Sumqayıt bulvarının ümumi sahəsi 106 hektardır, o, 4,2 kilometr məsafə boyu uzanır. Bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə yerləşir. Ərazi boyu 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib.
Bulvar kompleksindəki yeniliklərdən
biri də avtomat suvarma sistemidir. Bu da yaşıllıq
zolaqlarının qorunmasında
əvəzsiz rol oynayır. Həmçinin 76 hektar ərazidə
kommunikasiya xətləri
çəkilib. 1500 ədəd müxtəlif
ölçülü işıq
dirəkləri və
digər işıqlandırma
sistemləri quraşdırılıb.
Sakinlərin rahat istirahəti
üçün 600-dən artıq oturacaq qoyulub. Bulvarın ərazisində müxtəlif
yerlərdə 50 kölgəlik
yaradılıb, 5 ədəd
rəngli fontan inşa edilib. Burada velosipedçilər üçün
xüsusi hərəkət
zolağı və piyada yolu da
salınıb. 4,2
kilometr yola asfalt döşənib, 30
hektar əraziyə daş döşənib. Ərazidə Bayraq Meydanı
tikilib, sahildə gəzinti gəmilərinin
yan alması üçün dənizin
içərisinə doğru
500 metr uzunluğunda tərsanənin tikintisi aparılır.
Bulvarda kiçikölçülü gəzinti avtobusları üçün avtomobil yolu salınıb. Bununla yanaşı,
4 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları,
yay musiqi səhnəsi, mağazalar
və uşaqlar üçün əyləncə
mərkəzləri yaradılıb.
Sumqayıt bulvarını fərqləndirən
cəhətlərdən biri
də onun çimərliyə birbaşa
çıxışının olmasıdır. Xəzərin sahilindəki bu
kompleks şəhərin
simasının daha da gözəlləşdirilməsi
baxımından olduqca
əhəmiyyətlidir. Bu cür layihələrin
icrası bir daha sübut edir ki, Sumqayıtın
abadlaşdırılması istiqamətində görülən
işlər davamlıdır,
onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir
üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın
görməli yerlərinə
daha bir ünvanın da əlavə edilməsi deməkdir.
Dəniz sahilində yerləşdiyi
üçün Sumqayıt
da küləkli şəhərdir. Buna baxmayaraq,
sumqayıtlılar təkcə
isti yay günlərində deyil, digər fəsillərdə
də buralara gəzintiyə çıxırlar.
Hətta
yağışlı, qarlı
günlərdə də
bulvarda yüzlərlə
insana rast gəlmək mümkündür.
Sumqayıt sakinlərinin yaxın keçmişdə gəzmək,
istirahət etmək üçün Bakı parklarına gəldiyi də yaddan çıxmayıb. İndi onlar artıq
uzağa getməli olmurlar. Təxmini hesablamalara görə, ötən bir il ərzində
Sumqayıt bulvarına
100 mindən çox insan gəlib və burada istirahət edib.
Cəmi bir neçə ildə Sumqayıt bulvarının gözəlliyindən
dünyanın müxtəlif
yerlərində də
xəbər tutublar. Məsələn,
ona ötən il "Global Trade Leaders” klubunun "Keyfiyyətə
görə Beynəlxalq
Avropa mükafatı”
(İnternational Europe Award for Quality) verilib. Mükafatı təsisatın baş
katibi Rikardo Lopes qurumun Parisin "Meridien Etoile” hotelində keçirilən
forumunda Sumqayıt nümayəndə heyətinə
təqdim edib. Tədbirdə vurğulanıb ki,
Sumqayıt bulvarı Azərbaycanda gedən quruculuq işlərinin bariz nümunəsidir.
Sumqayıt bulvarının gələcəyi
daha gözəl olacaq. Belə ki, onun ərazisi şimala doğru bir kilometr uzadılır.
Həmin
ərazidə təmir
işləri nəticəsində
40 min kvadratmetr gəzinti
zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq.
Bu yol şəhərin
Səməd Vurğun
küçəsinə birləşdiriləcək.
Bir sözlə, 106 hektar ərazisi olan bulvar daha da
genişlənəcək. Yeni uşaq-əyləncə mərkəzlərinin,
fəvvarənin, müxtəlif
attraksionların və
digər obyektlərin
quraşdırılması nəzərdə tutulub.
Yenidənqurma işləri sürətlə
davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, kompleksdə
500-dən çox yeni
iş yeri açılıb.
Bulvar ərazisinin ikinci hissəsi bu ilin noyabr ayında,
Sumqayıtın 70 illik
yubileyi ərəfəsində
əhalinin istifadəsinə
veriləcək.
Akif ƏLİYEV
Azərbaycan.-
2019.-5 sentyabr.- S.5.