Azərbaycan ilə BP
arasında uğurlu əməkdaşlıq
mövcuddur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar
Şurasının sədri Helqe Lundun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki,
görüşdə Azərbaycan ilə BP arasında uzun illər
ərzində uğurlu əməkdaşlığın həyata
keçirildiyi qeyd olundu, neft və qaz sənayesinin
inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndirilməsindəki
rolu vurğulandı, Bakıda və regionlarda böyük
infrastruktur layihələrinin
reallaşdırıldığının önəmi qeyd
edildi.
Sonuncu dəfə 2014-cü ildə Azərbaycana səfər etdiyini deyən BP-nin Direktorlar Şurasının sədri Helqe Lund ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. Sentyabrın 20-də "Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd ediləcəyini vurğulayan qonaq bu layihənin Azərbaycanın inkişafındakı rolunu xüsusi qeyd etdi.
Söhbət zamanı Xəzərin
Azərbaycan sektorunda əməkdaşlığın
perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-
2019.-6 sentyabr.- S.2.