Azərbaycan-Pakistan parlamentlərarası
əlaqələri müzakirə
olunub
Sentyabrın 6-da Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə
səfərdə olan
Pakistan İslam Respublikasının
Xeybər Paxtunxva Əyalət Assambleyasının
Sədri Müştaq
Əhməd Qaninin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, Ziyafət Əsgərov Azərbaycan ilə Pakistanın dost və qardaş ölkələr
olduğunu deyib. Bildirib ki, müxtəlif səviyyəli nümayəndə
heyətlərinin qarşılıqlı
səfərləri, keçirilən
görüşlər və
aparılan danışıqlar
ölkələrimiz arasında
mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə
təkan verir. Sədrin birinci müavini onu da qeyd
edib ki, Pakistan Azərbaycanın suverenliyini
və ərazi bütövlüyünü birmənalı
dəstəkləyir.
Söhbət zamanı Ziyafət Əsgərov Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi barədə
danışıb. Diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini
işğal edib.
Problemin həlli ilə bağlı BMT Təhlükəsizlik
Şurasında müvafiq
qətnamələr qəbul
olunub. Lakin bu qətnamələrə
bugünə qədər
əməl olunmur.
Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı
da dəfələrlə
Ermənistanın Azərbaycana
qarşı həyata
keçirdiyi işğalçılıq
siyasətini pisləyib,
ölkəmizin suverenliyinə
və ərazi bütövlüyünə dəstək
ifadə edib.
Xeybər Paxtunxva Əyalət Assambleyasının sədri
Müştaq Əhməd
Qani deyib ki, Pakistan Azərbaycanın
dövlət müstəqilliyini
tanıyan ilk ölkələrdən
biri olub.
Pakistanda mövcud olan Kəşmir, Azərbaycanda
isə Dağlıq Qarabağ münaqişələrindən
danışan qonaq bu problemlərin həllində Pakistan və
Azərbaycanın həmişə
bir-birinə dəstək
verməsindən məmnunluğunu
ifadə edib. Bildirib ki,
Pakistan hər zaman Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyib və
Ermənistanı bir dövlət kimi tanımır. Dağlıq
Qarabağ münaqişəsi
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində,
beynəlxalq hüququn
norma və
prinsipləri əsasında
öz ədalətli həllini tapmayana qədər rəsmi İslamabad Ermənistanla heç bir münasibət qurmayacaq.
Görüşdə parlamentlərarası əlaqələrin
inkişafı və tərəfləri maraqlandıran
digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.- 7 sentyabr.- S.2.