Asiya Siyasi Partiyaları Beynəlxalq
Konfransının sədr müavini Milli Məclisdə olub
Sentyabrın 6-da Milli
Məclisin Beynəlxalq
münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədri
Səməd Seyidovun Asiya Siyasi Partiyaları
Beynəlxalq Konfransının
(İCAPP) sədr müavini,
Pakistan Parlamentinin beynəlxalq
əlaqələr üzrə
komitəsinin sədri
Müşahid Hüseyn
Seyid ilə görüşü olub.
Milli Məclisdən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri qonağı salamlayaraq bildirib ki, Azərbaycan Asiya ölkələri ilə münasibətlərə xüsusi önəm verir. Azərbaycan-Pakistan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu ölkənin nümayəndə heyətləri mütəmadi olaraq Azərbaycana səfər edirlər. Qeyd edilib ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə yaxından əməkdaşlıq edir. Biz təşkilatın fəaliyyətini dəstəkləyirik.
Səməd Seyidov Milli Məclisin və sədrlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verib. Parlament diplomatiyası və parlament ənənələrinin formalaşması baxımından ölkədə əhəmiyyətli işlərin görüldüyünü deyib. Müxtəlif ölkələrlə, o cümlədən Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının mövcud olduğunu söyləyib.
Söhbət zamanı ölkəmizin müstəqillik illərində dinamik inkişafı, dünya dövlətləri, həmçinin Pakistanla əlaqələrin genişləndirilməsi barədə söhbət açılıb. Qeyd edilib ki, biz region dövlətləri ilə münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq əsasında həyata keçiririk.
Qonaq səmimi görüşə görə təşəkkürünü ifadə edib. Təmsil etdiyi təşkilatın YAP-ın fəaliyyətini yüksək dəyərləndirdiyi söyləyib. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətlərinin Pakistana səfərlərini yüksək qiymətləndirib. Parlamentlərarası əlaqələrin genişləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.- 7 sentyabr.-
S.2.