Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

 

Hörmətli Emoməli Şərifoviç,

Tacikistanın milli bayramıMüstəqillik Günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dost Tacikistan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması yolu ilə inamla irəliləyir. Ölkəniz dünyada regionda sülhün sabitliyin bərqərar olmasına, beynəlxalq təhlükəsizliyə dialoqa mühüm töhfələr verir.

İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı hörmət etimada əsaslanan ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2019-cu il.

 

Azərbaycan.- 2019.- 8 sentyabr. - S.1.