Şimali Makedoniya
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Stevo Pendarovskiyə
Hörmətli cənab
Prezident,
Şimali Makedoniyanın milli bayramı – Müstəqillik
Günü münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra da inkişaf
edəcək və genişlənəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost xalqınıza sülh
və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 sentyabr 2019-cu il.
Azərbaycan.- 2019.- 8 sentyabr.-
S.1.