Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti komandamızın məşqini izləyib

 

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına 10 gündən az vaxt qalmış müddətdə Milli Gimnastika Arenasında yoxlama-məşq toplanışı keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, çempionatda iştirak edəcək milli komandamızın üzvləri öz proqramlarını tam şəkildə icra ediblər. Toplanışda yerli təmsilçilərlə yanaşı, LivanÇexiya gimnastları da çıxış ediblər. Yoxlama məşqində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, həmçinin federasiyanın nümayəndələri, məşqçi və hakim heyəti də iştirak ediblər. Altay Həsənov gimnastlarımızın çıxışlarını izləyib və daha sonra onlarla söhbət edərək belə əhəmiyyətli çempionat öncəsi iştirakçılara uğurlar arzulayıb.

 

Azərbaycan.- 2019.- 8 sentyabr.- S. 2.