İtirilmiş şəhər
Bura 2007-ci ildə dünyanın yeni yeddi möcüzəsindən biri adlandırılıb. Cənubi Amerikada turistlərin ən çox maraqlandığı məkanlar sırasında ilk yerlərdədir. Hər gün təxminən 2 min insan buranı ziyarət edir. Dünyanın ən çox ziyarət edilən, eyni zamanda haqqında ən çox araşdırmalar aparılan yerlərindən biridir. Söhbət yer üzündən silinmiş qədim inklərin rəmzi hesab olunan antik İnk şəhərindən, "inklərin itirilmiş şəhəri” adlandırılan Maçu Piçudan gedir.
Perunun Cusco şəhərindən 88 km uzaqda yerləşən Maçu Piçu And dağlarının zirvələrindən birində, Urubamba vadisi üzərində 2430 metr yüksəklikdə tikilib.
Tarixçilərin fikrincə, 1438-ci ildə Çanka döyüşçüləri qonşuları inklərə hücum edib. Hücum zamanı yaşlı ink hökmdarı təhlükəsiz yerə qaçmalı olub. Hökmdarın oğlu Yupanqui isə inkləri mübarizə üçün ruhlandırıb və çətin bir döyüşə qoşulmağa məcbur edib. Bütün maneələrə baxmayaraq, inklər düşmənləri üzərində qalib gəliblər. Bundan sonra onlar Yupanquini qəhrəman elan edərək, ona yeni ad veriblər - "Paçakuti” (dünyanı dəyişdirən). Yeni ad alan Yupanqui tezliklə böyük ərazilər tutub, güclü imperiya qurub. Sonra Paçakuti adına layiq bir şəhərin salınmasına qərar verib və bu şəhər Maçu Piçu (qoca zirvə) olub.
Şəhər təxminən 1532-ci ilədək mövcud olub. Həmin il ispan işğalçıları inklərin ərazisinə hücum edib, müxtəlif şəhərləri və tikililəri dağıdıblar. Elə həmin il ərazinin sakinləri yox olub. Bəzi mənbələrə görə, inklər çiçək xəstəliyi epidemiyasına görə ərazini tərk ediblər.
Maçu Piçu çox yüksəkdə, dağlar arasında olduğu üçün bu şəhər işğalçılar tərəfindən dağıdılmayıb. İspan işğalçıları şəhərin yerini bilsələr də, nədənsə həmin bölgəyə getməyiblər. Sonradan Maçu Piçu tamamilə unudulub. Şəhər bir də dörd əsr sonra, 1911-ci ildə amerikalı araşdırmaçı Hiram Bingham tərəfindən tapılıb. İddialara görə, Bingham şəhəri aşkar edərkən bölgədən çox böyük miqdarda qızıl da tapıb və hamısını ABŞ-a daşıyıb.
Bu sirli şəhər dağın zirvəsində, çətin yolların üstündə tikildiyi üçün ora getmək olduqca məşəqqətlidir. Ərazi baxımından böyük şəhər deyil, 200 hissədən təşkil edilib. Burada, əsasən, məbədlərin daxilində iqamətgahlar, xüsusi anbarlar və yaşayış üçün nəzərdə tutulmuş yerlər var. Bunların çox hissəsi əla növdə hazırlanmış daşlardan ibarətdir və bir-birlərilə plitələr vasitəsilə birləşdirilib. Mütəxəssislərin fikrincə, şəhərin tikintisində istifadə edilən daşların bəzilərinin ağırlığı 20 tondur. Daşların hər biri insan gücü və ibtidai alətlər vasitəsilə dağa qaldırılıb.
Maçu Piçu çətin bir quruluşa malikdir. Düşünülür ki, burada və şəhərin ətrafında 1200 nəfər
yaşayıb. Onlar günəş
allahı İntiyə
sitayiş edərək,
terraslarda kənd təsərrüfatı ilə
məşğul olublar.
Şəhərin qərb hissəsində səcdəgahla birlikdə
baş məbəd
var. Bura qurbanlar üçün nəzərdə
tutulub. Qarşısında bir və ikimərtəbəli yaşayış
evləri, onların arasında labirint kimi ensiz pillələr
və yollar var. Bunların bəziləri heç bilinməyən divarlarla və terraslarla üzləşir.
Terraslarda qranit sütunlar
olub və müqəddəs meydanda xüsusi yer alıblar. Orada pilləkənlərin köməyi ilə ən yüksək zirvəyə güclə
çıxmaq mümkündür.
Həmin
yerdə böyük bir daş dayanır
ki, insanlar günəşin burada olduğunu düşünüblər.
Burada inklər günəşə
müxtəlif sitayişlər
edib, dini rituallar yerinə yetiriblər. Payız və
yaz fəsillərində,
xüsusən əkinçilik
dövründə insanlar
bu daşa daha çox müraciət edərək
günəşli günlərin
çox olmasını
xahiş ediblər.
Bu zaman Maçu
Piçunun əhalisi
daşın ətrafını
güllərlə və
müxtəlif əşyalarla
bəzəyib, mahnılar
oxuyub, dua edib, bir neçə
gün dini bayramlar qeyd ediblər.
Maçu Piçunun şimal-şərqində
inklərin daşyonanları
iki konstruksiya yaradıblar. Bingham həmin
hissəni düzəldəni
"rəssamlığın ustadı” adlandırıb.
Səcdəgahın yaxınlığında dairəvi qala var. Qalanın tikintisi günəş allahı üçün nəzərdə
tutulmuş məbəd
mənasını ifadə
edib və buna görə də eyni ilə
belə ad verilib.
Qalanın özü və
onun ətrafındakı
hissələr orta əsr divarlarına bənzəyir. Qalanın yanında
mağara yerləşir.
Bingham düşünürdü
ki, bunun içində inklərin rəhbərinə aid olan
mumiya yerləşir.
Lakin alimlər bildirir ki, bu cəsəd
hansısa ritualların
idarə edilməsində
iştirak edən şəxsindir.
Müqəddəs meydan Maçu Piçunun mərkəzi sayılır. Cənub hissənin sonunda ağ mərmərdən
üçmərtəbəli bina dayanıb, buranın tikintisində istifadə olunan daşların hündürlüyü
insan boyundan qat-qat artıqdır.
Məbədin qərb divarları bağlı sığınacağı
xatırladır və
bura "bəzəkli
otaq” kimi dəyərləndirilir. Bütün otaq
inklərin ən gözəl daşyonanları
tərəfindən böyük
ustalıqla hazırlanıb.
Üç hissədən
32 künc qazılaraq,
2 blok həcmində
fundament tökülüb. Bunların
arasında meydanın
əsas hissəsində
yer alan
"Üç pəncərənin
məbədi” daha nəzərəçarpandır. Trapesiya formasında olan bu üç pəncərə şərqə
doğru istiqamətlənib.
30 ildən çoxdur İnk tarixini araşdıran
Peter Frostun fikrincə,
Maçu Piçu o dövr üçün Paçakutinin qışlıq
sarayı olub: "Hökmdar qışın
2 ayını burada keçirirdi. Şəhərin
tikilməsinin əsas
səbəbi inklərin
dini inancları ilə bağlı ola bilər.
İnklər hökmdarlarının tanrı olduğuna inanırdılar. Onu günəşin
oğlu olaraq görür, Paçakutinin
bu kiçik şəhərdə tanrılarla
danışdığına inanırdılar”.
Şəhərin hansı məqsədlə
bu qədər yüksək və çətin bir ərazidə tikilməsi isə indiyə kimi müəmma olaraq qalır. Hələ də
sual olunur ki, nəyə görə inklər dövlətin mərkəzindən
kənarda, 2430 metr yüksəklikdə şəhər
salmaq qərarına gəlmişdilər? Bəziləri hesab edir ki,
bu tikili sadəcə bir ibadət yeri olub. Bəziləri isə işğalçılardan
qorunmaq üçün
bu yerin seçildiyi qənaətindədir.
Mühəndis Vince Leenin
fikrincə, şəhərin
bu qədər yüksəklikdə salınmasının
mütləq bir səbəbi var: "Bura kəskin bir dağ yamacıdır.
Düz sahə, demək olar ki, yoxdur.
İnkləri hansısa bir
səbəb məcbur
edib ki, bu qədər yüksəklikdə şəhər
salsınlar. Çünki 20 tonluq daşları bu dağa qaldırmaq
mümkün deyil”.
O səbəb isə hələ də tarix üçün müəmma olaraq qalır...
Xəyalə MURADLI
Azərbaycan.- 2019.- 8 sentyabr.- S.4.