Gürcüstanın Baş Naziri Zati-aliləri cənab Giorgi
Qaxariyaya
Hörmətli cənab Baş Nazir,
Gürcüstanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 sentyabr 2019-cu il.
Azərbaycan.- 2019.- 10 sentyabr.- S.1.