Sənayenin inkişafında texnoparklar böyük rol oynayır

 

Ölkəmiz bu sahədə dünya təcrübəsindən uğurla faydalanır

 

Dünya sənaye tarixinə nəzər yetirdikdə görürük ki, zaman-zaman onun müxtəlif inkişaf formaları meydana gəlir. Bunlardan biritexnopark adlanan yeni istehsal və xidmət sahələridir. Ötən əsrin 50-70-ci illərində yeni sənaye birlikləri olan texnoparklar fəaliyyətə başladı. İkinci mərhələ 80-90-cı illəri əhatə etdi, üçüncü mərhələ isə 2000-ci ildən başlayaraq bugünədək davam edir.

Texnoparkların belə mərhələlərlə inkişaf etməsi səbəbsiz deyil. Statistikadan görünür ki, hər 15-20 ildən bir texnoparkların yeni formalarının yüksəliş dövrü başlayır. Bu da bazar və iqtisadiyyatın dəyişkən inkişaf tendensiyası və ümumilikdə cəmiyyətin transformasiyası ilə izah olunur.

Elmtexnologiya parkının birləşməsi konsepsiyası 50-ci illərdə ABŞ-da meydana gəlib. Məqsəd həmin dövrdə texnologiyanın və sənayenin sürətli inkişafının təmin edilməsinə zəmin yaratmaq idi. Beləliklə, texnoparklar tədricən müasir iqtisadiyyatın vacib elementlərindən birinə çevrildi. ABŞ-da başlanan bu təcrübə dünyada sürətlə yayılmağa başladı.

Texnoparklar vahid infrastruktur sərhədlərində elmtexniki fəaliyyətlə məşğul olan şirkətlər birliyidir. Texnopark spesifik yerli şərait və bazarın tələbatının təsiri altında formalaşan mürəkkəb ekosistemdir. Həmin sənaye birlikləri bir tərəfdən rezident və müştərilərin görüşdüyü və təmasda olduqları ofis, digər tərəfdən rezidentlərə göstərilən müxtəlif xidmətlər sistemidir. Əslində texnopark tədqiqatçı qruplartexnoloji işləmələrə sorğu verən şirkətlər arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsi prosesini sürətləndirən vasitəçi bir qurumdur. Həmin qurum innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktur işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu, eləcə də maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

Texnoparklar daha geniş yayılmış üç sxeminə malikdir. Birincisi öz innovasiya layihələrini realizə etmək istəyən sərbəst tədqiqat və layihə qruplarına yardım etmək, ikincisi ali məktəb və elmi-tədqiqat qruplarında olan elmi biliklərin kommersiyalaşdırılmasına kömək göstərməkdir. Üçüncüsü isə innovasiyanın sərbəst bazarında texnoloji qərarların idxalı yolu ilə texnoloji məsələlərin həllinə nail olmaqdır. Beləliklə, texnoparkların bu üç istiqamət üzrə hərəkəti bütün tərəfləri qane edir.

Texnoparklar texnologiya daşıyıcıları ilə alıcıları arasında əlaqə qurmaq üçün yaranan sərbəst qurumdur. Bununla yanaşı, texnoparkların yaradılmasında əsas motiv texnologiyaların təchizatında və istifadəsindədir.

Digər tərəfdən, texnoparklar yerliya dövlət orqanları tərəfindən yaradıla bilər. Bu halda texnoparkların yaradılmasında məqsəd əraziyə yeni fəaliyyət növünün cəlb edilməsidir.

Regional sahə texnoparkları regional iqtisadiyyatın hər hansı bir sektorunda innovasiya prosesinin aktivləşdirilməsi məqsədilə təşkil edilir. Regional sahə texnoparkları çoxlu xidmətlər göstərə bilər. Bu növ texnoparklar texnologiyaların regional sənaye müəssisələrinə idxalını təmin etmək və ya ayrıca götürülmüş şirkətin texnoloji məsələlərini həll etmək üçün yaradılır. Bu halda texnopark istehsal şirkətləri ilə sıx əlaqə quraraq rezidentya ortağın texnoloji məsələlərini həll edəcək kiçik innovasiya şirkətlərinin yerləşməsinə imkan verir. Beləliklə, texnopark istehsal şirkətlərinə elmtutumlu və bahalı prosesləri sərbəst şəkildə kiçik innovasiya müəssisələrinə ötürməyə kömək edə bilər. Regional sahə texnoparklarının əsas gəlir mənbəyi ərazinin icarəyə verilməsi və istehsal şirkətləri üçün texnoloji həllərin axtarışı üzrə xidmətlərin göstərilməsidir.

Sənaye texnoparkları mahiyyət etibarilə texnoloji park deyil. Bu növ texnopark əsasən yeni istehsalın təşkili üçün fiziki infrastruktur obyektlərinin kompleksidir. Burada daha çox ərazilər müxtəlif fəaliyyət növləri üçün icarəyə verilir. Sənaye texnoparklarının yaradılması innovasiya mühitinin inkişaf və sıxlıq səviyyəsindən asılı deyil. Onlar texnologiya mübadiləsi üçün nəzərdə tutulmayıb, daha çox yeni iqtisadi fəaliyyətin növlərinin təşkili üçün müasir infrastrukturun yaradılmasına istiqamətlənib. İstehsalat texnoparkının yerləşdirilməsi şərtləri və onun obyektlərinə tələbat əsas rezidentlərin istəyi əsasında və ya sahə sənayesinə uyğun istehsal komplekslərinin yerləşdirilməsi təcrübəsinin təhlili nəticəsində müəyyən edilir. Çox vaxt əlavə nəqliyyat və logistika, mənzil tikintisində ixtisaslaşma tələb edir.

Texnoloji inkubatorlarya innovasiya biznesi inkubatorları kiçik innovasiya şirkətlərinə formalaşmalarının ilkin mərhələsində kömək etmək üçün nəzərdə tutulur. Bu növ texnoparklar innovasiya şirkətlərinin inkişafı üçün bütün lazımi ehtiyat və xidmətləri təmin edir. İnkubatorlar öz mahiyyətinə görə gəlir əldə etmək üçün nəzərdə tutulmayıb, biznesin inkişaf etdirilməsi üçün imtiyazların təmin edilməsinə istiqamətlənir. Ona görə də inkubatorların yaradılmasına sərbəst biznes kimi baxmaq olmaz, onların yaradılmasına daha çox sosial istiqamət kimi baxıla bilər. Onun müvəffəqiyyəti daha çox kiçik müəssisələrin axını və müəyyən həcmdə icarəyə verilən sahələrdən asılıdır.

Şəbəkə texnoparklarının tikintisi əsasən yerli hakimiyyətin təşəbbüsü ilə olur. Onlar bu obyektin köməyi ilə yaradılan texnoparkdan əldə olunan iqtisadisosial xeyri paylaşdırmaq istəyirlər. Şəbəkə texnoparklarının yaradılması üçün iqtisadi zəmin olmalıdır. Şəbəkə strukturu texnoparkların imkanlarını artırır, onların xidmətlərinin sayını çoxaldır, səmərəlilik göstəricilərinin yaxşılaşmasına imkan yaradır, eləcə də texnopark üçün əhəmiyyətli olan şəhər və digər ərazilərdə fiziki iştirakları təmin edilir. Şəbəkə texnoparkları regional, sahə və ya universitet texnoparklarının qollarındandır.

Şəbəkə texnologiyalarına əsaslanan texnopark xüsusi quruluşdur. Belə texnopark quruluşu regionun innovasiya imkanlarının rasional istifadə əsasında informasiya mübadiləsinin köməyi ilə səmərəli innovasiya prosesini təşkil etməyə qadirdir. Regionun malik olduğu innovasiya ehtiyatlarının sayı və keyfiyyətindən asılı olaraq innovasiya dövrünün həyata keçməsində öz aralarında müəyyən funksiyaları, mümkün riskləri və gələcək gəliri paylaşdıran müxtəlif idarə və təşkilatlar iştirak edə bilər. Belə vəziyyətdə texnoparkın menecerlərinin vəzifəsi regionda innovasiya prosesinin bütün üzvlərini əlaqələndirən informasiya fəaliyyətinin təşkili və informasiya axınının əlaqələndirilməsidir.

Kovorkinq mərkəzləri bir növ tədqiqat cəmiyyətlərinin ənənəvi texnoparkların xidmət haqqının artmasına, işgüzar infrastrukturun çatışmazlığına və informasiya texnologiyalarının inkişafına olan cavabdır. Bu, ofis mərkəzləridir, burada sərbəst insanlar bir ərazidə işləyirlər. Belə model daha çox əqli əməklə məşğul olanlara yarayır. Kovorkinq mərkəzlərinin müvəffəqiyyəti onların tədqiqatçılar cəmiyyətinə daxil olmaları, bilik axınlarını və informasiya mübadiləsini formalaşdırmaları, yeni başlayanlara şərait yaratmalarıdır. Bu mərkəzlərin başlıca funksiyaları tədqiqatçılara innovasiyanın qlobal bazarına "girişin təmin edilməsi və yerli tədqiqatçılar cəmiyyətlərinə dəstəkdir. Klassik texnopark fəaliyyətindən fərqli olaraq, kovorkinq mərkəzlərinin fəailiyyəti fiziki infrastruktur ilə işləmək, kommunikasiya yaratmaq və peşəkar cəmiyyətlərlə işbirliyi qurmaqdır. Belə hal az müddət ərzində aşağı qiymətə yeni yerləri açmağa və ərazidə işgüzar mühitin yaradılmasına gətirir.

Ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılır. Məqsədə nail olmaq üçün Azərbaycanda da texnoparkların yaradılmasına başlanılıb. Ölkədə fəaliyyət göstərən texnoparklarda müasir texnika və texnologiyaların tətbiqi sayəsində yüksəkkeyfiyyətli məhsul istehsal olunur. Cari ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalının 15,7 faiz artması da bunun nəticəsidir. Qeyd edək ki, həmin texnoparklarda istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, rəqabətqabiliyyətli olduğu üçün dünya bazarına da ixrac olunur.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.-10 sentyabr.- S.1; 4.