Tariximizin xanlıqlar dövrünü
araşdıran kitab Moskvada
nəşr olunub
Görkəmli Azərbaycan alimi, akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı Moskvada nəşr olunub. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşrə hazırlanıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan qədim xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətləri üzə çıxarılmaqla yanaşı, ciddi elmi mübahisələrə səbəb olan bir sıra qaranlıq məqamlara aydınlıq gətirilir, hadisələr və tarixi şəxsiyyətlər elmi faktlar və arxiv sənədləri əsasında işıqlandırılır.
Əsərin rus dilinə tərcüməçisi Püstə Axundova, mətnlərə dair şərh və qeydlərin müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayev, redaktorları Nadiyə Qafarova və Fərrux Rzayevdir.
Kitab
tarixçilər və mənbəşünaslar, eləcə
də Azərbaycanın qədim tarixi ilə
maraqlanan geniş oxucu kütləsi üçün
qiymətli elmi mənbədir.
Azərbaycan.-
2019.-10 sentyabr.- S.2.