Azərbaycan Ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni
yerinə yetirməyə hazırdır
Yeni Azərbaycan Partiyasının
(YAP) təşkilatçılığı ilə Ağcabədi
rayonu ərazisindəki N nömrəli hərbi hissədə əsgər
və zabitlərlə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası
Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin
müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin
deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir
Rzayev, Rauf Əliyev, Ağcabədi və Laçın Rayon
İcra hakimiyyətlərinin başçıları, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, əsgər və zabitlər qarşısında çıxış
edən Baş Nazirin müavini Əli Əhmədov Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata
keçirdiyi uğurlu
fəaliyyətdən, silahlı
qüvvələrə göstərilən
diqqət və qayğıdan söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət
nəticəsində Azərbaycan
Silahlı Qüvvələri
dünyanın ən güclü ordularından
birinə çevrilib.
“Ordumuzun
gücü təkcə
onun malik olduğu silahlarda, hərbi sursatlarda deyil. Ordumuzun daha möhtəşəm
güc mənbəyi əsgərlərimizin qəhrəmanlığında,
yüksək döyüş
ruhunda olmasındadır.
Azərbaycan xalqı, dövləti
daim öz əsgərinin yanındadır.
Biz ordumuzla qürur
duyur, fəxr edirik. Əminik ki, silahlı
qüvvələrimiz Vətənimizin
müstəqilliyinin və
dövlətçiliyimizin keşiyində əzmlə
dayanıb. Azərbaycan Ordusu
qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır.
Biz dövlətimizin, xalqımızın
və ordumuzun iradəsini birləşdirərək,
torpaqlarımızı işğaldan
azad etmək kimi şanlı vəzifəni yerinə yetirməyə nail olacağıq",
- deyə Ə.Əhmədov
söyləyib.
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
həlli istiqamətində
aparılan danışıqlar
prosesindən də bəhs edən Baş Nazirin müavini deyib: “Azərbaycan münaqişənin
qan tökülmədən
həllinə çalışır
və danışıqlar
prosesi aparılır.
Doğrudur, danışıqlar prosesi uzanır. Biz dəfələrlə bununla bağlı mövqeyimizi ən yüksək səviyyədə
ifadə etmişik.
Aparılan siyasət ondan
ibarətdir ki, qan tökülmədən,
itkilərə yol vermədən Azərbaycanın
işğal edilmiş
torpaqlarının azad
olunmasını təmin
edək. Azərbaycan tərəfinin
qoyduğu yeganə şərt odur ki, işğal olunmuş bütün torpaqlar qeyd-şərtsiz azad edilməlidir. Çünki bu torpaqlar Azərbaycanın torpaqlarıdır.
Bütün dünya bu torpaqların Azərbaycan ərazisi olduğunu qəbul edir. Bütün hüquqlar, beynəlxalq normalar Azərbaycanın haqlı mövqeyini nümayiş etdirir.
Ermənistan tərəfinin qeyri-konstruktiv
mövqeyi ucbatından
hələ ki, danışıqlar prosesi
istədiyimiz nəticəyə
gətirib çıxarmayıb.
Əgər danışıqlar prosesi biz istədiyimiz nəticəni verməsə,
pozulmuş ədalət
bərpa olunmasa, Azərbaycanın torpaqları
geri qayıtmasa, biz məsələni ordumuzun
gücü hesabına
həll edəcəyik.
Bizim hər birimizin bir müqəddəs vəzifəsi var - işğal altında olan torpaqlarımızın
azad edilməsi, məcburi köçkünlərin
doğma yurdlarına qayıtması, ədalətin
bərpa olunması”.
Birlik komandiri, general-mayor Mais
Bərxudarov qeyd edib ki, silahlı qüvvələrə
göstərilən diqqət və qayğı nəticəsində
Azərbaycan Ordusu dünyanın ən güclü
ordularından birinə çevrilib. Silahlı qüvvələrin
təminatı, şəxsi heyətin mənəvi-psixoloji
hazırlığı, döyüş ruhunun, vətənpərvərlik
hissinin yüksək olması onu deməyə əsas verir ki,
ordumuz düşməni hər an məhv etməyə qadirdir,
buna hazırdır.
Sonra YAP sədrinin müavini-icra katibi Əli Əhmədov və digər qonaqlar hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, məişət otağı, yeməkxana, hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirib, şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, əsgərlərlə birgə nahar ediblər.
Hərbi hissəyə ideoloji və bədii kitablar
hədiyyə olunub. Əsgər və
zabitlər üçün konsert proqramı təşkil edilib.
Azərbaycan.-
2019.- 10 sentyabr.- S. 3.