İşğal edilmiş
Dağlıq Qarabağda keçirilən
növbəti “seçki şousu”
demokratiya və seçki
adına böyük təhqirdir
Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2019-cu il 8 sentyabr tarixində "yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti "seçki şousu” təşkil edilib.
Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir təhqirdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin işğal edilmiş ərazilərimizdə keçirilmiş "yerli özünüidarəetmə orqanlarına seçkilər” ilə bağlı bəyanatında yer alıb.
"Qondarma xuntanın saxta
"rəhbərləri” olan Bako Saakyan, Aşot
Qulyan və onların ətrafındakı
digər demokratiya "əzabkeşləri”nə
bildiririk ki, onların
demokratiya pərdəsi altında gizlənmək
niyyətləri istehza doğurur
və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğal edildiyi
və etnik təmizləmənin
həyata keçirildiyi bir
şəraitdə bu "seçkilər”
nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən
tanınmayan və təcavüzkarı növbəti dəfə
ifşa edən bir şoudur. Əslində,
işğalçı Ermənistan və qanlı xunta belə "seçkilər” keçirməklə
beynəlxalq ictimaiyyəti deyil,
yalnız özlərini aldatmaqla məşğul
olur. Saxta
"seçkilər” həmçinin Ermənistan hakimiyyəti
və qondarma rejim
arasında ixtilafların mövcudluğunu
bir daha açıq
şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması ilə bərabər həm də elə erməni
icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə
tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə
dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin
Konstitusiyası və bələdiyyələr haqqında
qanunlarına uyğun olaraq
yerli özünüidarəetmə
orqanlarına keçiriləcək qanuni
seçkilərdə iştirak edəcək”,
- deyə bəyanatda vurğulanır.
Azərbaycan.-
2019.- 10 sentyabr.- S.5.