“Nargis”
komandasının “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışı
olub
Sentyabrın 9-da Dənizkənarı
Milli Parkda "Nargis” komandasının
"Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub.
AZƏRTAC xəbər
verir ki, "Nargis” Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib. Layihə çərçivəsində
səkkiz heykəltəraş
müxtəlif istehsalat
tullantılarından qurulmuş
13 instalyasiya təqdim
olunub. Sərgi "Nargis" jurnalının
"Ekologiya" mövzusuna
həsr olunmuş
63-cü nömrəsi ilə
eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında
– IDEA-nın təsisçisi
Leyla Əliyevanın fotosu ilə nəşr edilib.
"Nargis”
komandası – ətraf
mühitə laqeyd olmayan insanlardır. "Nargis” ekoloji brendləri dəstəkləyir,
təbii sərvətlərə
qənaət edir, eyni zamanda, geniş
oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq
və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.
"Make the Earth Smile” adlı
ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən
vacib, Yer kürəsinə xüsusilə
zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc
nəsli müsbət
nəticələrlə yekunlanan
yeni həyat tərzinə alışdırmaqdır.
Sərgidə ətraf mühitə
kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş "Nargis” kitabçaları paylanıb.
13 rəqəmi təsadüfən seçilməyib
– 13 dekabrda "Nargis”
jurnalı öz ad gününü qeyd edir.
Rəşad Ələkbərov,
Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını
onlara tərəfdaşlıq
edən Aquavita, Ay Qonşu, "AzərEnerji”,
"Azersun”, "Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Baku Steel Company”,
"Caspian Drilling Company Ltd”, "Coca-Cola”, Dr. Cahid
Şahbazov, "Gilan
Holding”, "Nargis” Publishing House və "Veysəloğlu”
Şirkətlər Qrupu
ilə birgə yaradıblar.
Açılışa Leyla Əliyeva, "Nargis”in tərəfdaşları
və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən
nümayəndələr, nazirliklərdən
nümayəndələr, sənətkarlar
və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb. Sərgini ziyarət edən
Təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində "Nargis” Nəşriyyat Evi ilə gələcək
əməkdaşlıq üçün
ekoloji layihə təklif edib. Daha sonra başda Ülviyyə Mahmudova olmaqla "Nargis” Nəşriyyat Evinin komandası bulvarda zeytun ağacı əkib.
Bu, "Nargis”
komandasının təşkil
etdiyi ilk sərgi deyil: bu ilin
aprel ayında İstanbulda, "Nargis” Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv
fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət
Muzeyində "Women, Children and Well-Being” adlı xeyriyyə sərgisi keçirmiş
və foto satışından əldə
olunan pulun bir hissəsini "Nargis" xeyriyyə fonduna yönəltmişdir.
"Make the Earth Smile” sərgisi oktyabrın 5-dək
davam edəcək. Giriş sərbəstdir.
Azərbaycan.- 2019.-12 sentyabr.- S.3.