Paytaxtın nəqliyyat
sisteminin mühüm elementi olan Bakı
metrosu sürətlə
inkişaf edir
Bakı Metropoliteninin "Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 12-də istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, "Xətai” stansiyası 1968-ci ildə
istismara verilib. Stansiyanın 50 ildən artıq istismar müddətində
köhnələn, müasir
dövrün tələblərinə
cavab verməyən bütün infrastrukturunun
yenilənməsi məqsədilə
təmir mərhələlərlə
aparılıb. 2014-cü
ildə birinci mərhələdə stansiyanın
platformasının orta
zalı, stansiya yolu və "Xətai-Cəfər Cabbarlı"
mənzilinin müvafiq
tunelində əsaslı
təmir və yenidənqurma tədbirlərinə
başlanılıb. Bu
dəfə aparılan
yenidənqurmadan sonra
"Xətai" stansiyası
əsaslı yenilikləri
ilə sərnişinlərin
xidmətində olacaq.
Stansiyanın infraskturkturu və
görkəmi tamamilə
yenilənib. Burada funksionallığı
ilə seçilən
4 yeni müasir eskalator quraşdırılıb.
Bakı Metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma
təhlükəsizliyinin, təxliyə
imkanlarının və
rahatlığının artırılması,
xidmət səviyyəsinin
daha da yüksəldilməsinə
nail olunub.
Qeyd edildi ki, Bakı
Metropolitenində müasir
tipli qatarların sayı 11-ə çatdırılıb. Rusiyanın "Transmaşholdinq" Səhmdar
Cəmiyyətinin tərkibinə
daxil olan "Metrovaqonmaş” ASC 2019-cu ildə
Bakı metropoliteni üçün 30 vaqondan
ibarət 6 qatar tərkibi istehsal edib. Dörd qatar tərkibi
iyul və avqust aylarının əvvəllərində xəttə
buraxılıb. Dördüncü nəslə mənsub olan bu qatarlar
ən müasir tələblər səviyyəsində
istehsal edilib. Qatarların maksimal sürəti saatda 90 kilometrdir. Yeni vaqonların qapıları
daha enlidir. Bu, sərnişinlərin vaqonlara daha rahat və sürətlə
giriş-çıxışına imkan yaradır. Qatarlarda vaqonlararası birbaşa keçidin olması vaqonun sərnişin tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını,
yerləşmə sahəsini
genişləndirməklə daşımanın rahatlığını
və təhlükəsizliyini
təmin edir. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər
üçün çoxfunksiyalı
zonalar, iri yüklər, uşaq arabaları üçün
sahələr də ayrılıb, tutacaqlar xüsusi olaraq sərnişin sıxlığı
nəzərə alınmaqla
layihələndirilib. Qatarın baş vaqonu 38, orta vaqonu isə
44 oturacaqlıdır. Ümumilikdə, isə baş
vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına çatdırılır.
Vaqonlarda təzyiqin tənzimlənməsi və
ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi,
həmçinin daxili
və xarici videomüşahidə sistemləri
də var. İşıqdiodlu
cihazların tətbiqi
isə elektrik enerjisi sərfiyyatını
50 faiz azaldır, onların istismar müddətini 75 faiz artırır. Vaqonların istismar müddəti
30 ildir.
Stansiyada aparılan əsaslı təmir və yenidənqurma zamanı giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına
həsr olunmuş bədii-memarlıq kompozisiyaları
da bərpa olunub. Eskalatorların maşın zalı
da əsaslı təmir edilib, stansiyanın digər infrastrukturunun yenilənməsi
tədbirləri görülüb.
Təmir
dövründə platforma,
platformaaltı sahə,
stansiya yolu və yol mənzillərində
hələ 2014-cü ildə
başlanmış əsaslı
işlər də başa çatdırılıb,
tunel yenidən təftiş olunaraq, bütün dəmir beton konstruksiyalar gücləndirilib və ya yenidən qurulub. Bakı metropoliteni tarixində
ilk dəfə stansiya
yolu ən müasir dəmir-beton bloklardan qurulub. Bu məqsədlə köhnə yol yatağı tamamilə sökülüb, dəmir-beton
blokların quraşdırılması
üçün yenidən
layihələndirilib. Stansiyada bütün kommunikasiya xətlərinin, avadanlıqların
yenilənməsi ilə
bağlı mühüm
işlər görülüb,
hərəkətin təşkili,
idarə olunması və tənzimlənməsində
əhəmiyyət kəsb
edən mərkəzləşmə
məntəqəsi və
stansiya növbətçisinin
otaqları yenidən qurulub, eskalatorların nəzarətçi köşkü
videogörüntülərlə təmin edilib. Stansiyada
İKT-nin imkanlarından
geniş istifadə olunacaq.
Dövlətimizin başçısına Bakı
Metropoliteninin əsaslı
şəkildə yenidən
qurulan Təlim-Tədris
Mərkəzi barədə
də məlumat verildi.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla
təsdiq olunan Dövlət Proqramına əsasən Bakı Metropoliteni stansiyalarının
yenidən qurulması,
infrastrukturun müasir
standartların tələbləri
səviyyəsinə çatdırılması
işləri planlı
şəkildə aparılır. Bütün
bunlar isə paytaxtın nəqliyyat sisteminin mühüm elementi olan Bakı metrosunun sürətlə inkişaf
etməsinə böyük töhfə verir.
Azərbaycan.-
2019.- 13 sentyabr.- S.1-2.