Milli Məclisdə Rusiyanın Sverdlovsk vilayəti Qanunvericilik
Məclisinin Sədri ilə görüş
olub
Sentyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin Sədri Lyudmila Babuşkinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Sədr bu görüşün Rusiyanın Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfə verəcəyinə inamını söylədi. Bildirildi ki, Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olması dövlətlərarası əlaqələrə öz təsirini göstərir. Heç də təsadüfi deyil ki, Azərbaycan-Rusiya əlaqələri artıq keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Ölkələrimiz arasında bu günədək 230-a yaxın sənəd imzalanıb, 44 sənəd üzərində iş davam etdirilir. Bütün bunlar əməkdaşlığımızın möhkəm hüquqi bazaya əsaslandığının göstəricisidir. Azərbaycan Rusiyanın subyektləri, o cümlədən müxtəlif regionları ilə əlaqələrin daha da dərinləşməsinə böyük önəm verir. Bu gün Rusiya Federasiyasının 70-dən çox subyekti, 20-dək regionu ilə iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq üzrə saziş imzalanıb. Hökumətlərarası və parlamentlərarası komissiyaların fəaliyyəti əməkdaşlığımızın inkişafına xidmət edir. Cari ildə ötən illə müqayisədə ticarət dövriyyəmizin həcmi müvafiq dövrə nisbətən 300 milyon ABŞ dolları həcmindən çox olub. Biz gələcəkdə bu sahədə dövriyyəni 3 milyard dollara çatdırmaq niyyətindəyik.
Sədr bildirdi ki, Milli Məclislə Sverdlovsk vilayətinin qanunvericilik orqanı arasında əlaqələrin inkişafı günün tələbidir. Milli Məclis Rusiya Federasiyasının Dövlət Duması və Federal Şurası ilə sıx əməkdaşlıq edir. Parlamentdə Rusiyanın qanunvericilik orqanı ilə dostluq qrupu fəaliyyət göstərir. Deputatlarımız mütəmadi olaraq Rusiyaya səfərlər edirlər. Biz Rusiyanın regionları, o cümlədən Sverdlovsk vilayəti ilə bu sahədə əlaqələrimizi dərinləşdirmək istərdik.
Lyudmila Babuşkina ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Qonaq təmsil etdiyi vilayətin Rusiyanın inkişaf etmiş ən iri bölgələrindən biri olduğunu dedi. Qeyd edildi ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xalqlarımızın mənafeyinə uyğundur.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Rusiya ilə parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun
başçısı, komitə sədri Əli Hüseynli, deputat Mixail Zabelin, parlament Aparatının rəhbəri Səfa
Mirzəyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və
digər rəsmi şəxslər iştirak
ediblər.
Sentyabrın
16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
8-ci iclası keçiriləcək.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, iclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan
tərəfdən komissiyanın həmsədri Novruz Məmmədov
və Türkiyə Respublikasının Vitse-Prezidenti,
Türkiyə tərəfindən komissiyanın həmsədri
Fuat Oktay rəhbərlik edəcəklər.
İclasda hər iki tərəfdən komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edəcəklər. Görüşdə hər iki ölkənin iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulub. Hazırda Hökumətlərarası Birgə Komissiyanın gündəliyində dayanan məsələləri razılaşdırmaq üçün Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri Azərbaycandakı tərəfdaşları ilə hazırlıq işləri aparırlar.
Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiya 1992-ci il
noyabrın 2-də Ankarada imzalanan
"Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti
arasında ticarət və iqtisadi əməkdaşlıq
Saziş”inə uyğun olaraq
yaradılıb. Bugünədək komissiyanın 7
iclası keçirilib. Avqust
ayının sonlarından başlayaraq
Birgə Hökumətlərarası Komissiyanın ayrıca informasiya resursu - "Twitter” hesabı (@AzTurCom)
fəaliyyət göstərir. Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən
yaradılan bu rəsmi hesabda
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
fəaliyyəti, o cümlədən iki qardaş ölkənin
əlaqələri ilə bağlı məlumatlar
paylaşılır.
Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 2.