Əli Həsənov:
Milli birlik, həmrəylik
Azərbaycanın alternativsiz
reallığıdır
Azərbaycanda 1993-cü ildən milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür. Siyasi partiyalar cəmiyyətin institutlarıdır. Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatlarının, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub. Biz milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Milli birliyin, həmrəyliyin alternativini görmürük.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sentyabrın 12-də Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakıda keçirilən illik toplantısında jurnalistlərə müsahibəsində deyib.
Dialoqun əksinin qarşıdurma və qeyri-qanuni mübarizə olduğunu bildirən Əli Həsənov deyib: "Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Sentyabrın 11-də belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm xarici siyasətlə bağlı dialoq masası arxasında müzakirələr aparıla bilər”.
Siyasi mübarizəsini söyüş
üzərində quran bəzi
insanların fəaliyyətinə münasibət bildirən
Əli Həsənov vurğulayıb ki, söyüş və təhqirdən istifadə
edənlərə müxalifət demək olmaz.
"İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə
görə tərk edib, xarici ölkədə özünə bir vasitə ilə sığınacaq
tapıblar. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan
dairələrinin əlində alətə çevriliblər.
Anti-Azərbaycan dairələrinin maliyyələşməsində
erməni fondları da iştirak
edir. Xarici ölkələrdə
onlardan Azərbaycana qarşı çirkin formada istifadə
edirlər. Bu, Azərbaycan millətinin
adına ləkədir. Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər
nümayiş etdirərək bu yoldan çəkinəcəklər”,-deyə
Prezidentin köməkçisi bildirib.
Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 3.