Ukrayna XİN: Dağlıq Qarabağda keçirilən qondarma
“seçkilər” beynəlxalq hüququn
prinsiplərini kobud şəkildə pozur
Ukrayna Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də "yerli özünüidarəetmə orqanları”na keçirilən "seçkilər”i tanımır və qanunsuz hesab edir. Bu barədə AZƏRTAC-a açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
"Qondarma "seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”, - deyə məlumatda qeyd edilir.
Məlumatda deyilir:
"Ukraynanın Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı mövqeyi
dəyişməz olaraq qalır. Hesab edirik ki,
Dağlıq Qarabağ münaqişəsi
Azərbaycanın ərazi bütövlüyü
və suverenliyi, beynəlxalq aləmin
tanıdığı sərhədlər çərçivəsində
həllini tapmalıdır”.
Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 3.