YAP nümayəndə
heyəti Çin Kommunist
Partiyası Mərkəzi Komitəsinin Ali
Partiya Məktəbində olub
Sentyabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya Məktəbinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru xanım Dun Tsin və məktəbin təhsil şöbəsinin direktoru xanım Lo Mintsi ilə görüşüb.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ali Partiya Məktəbinin strukturu, təhsilin məzmunu və prinsipləri haqqında məlumat verilib.
YAP nümayəndə heyətinin rəhbəri, Milli Məclisin komitə sədri Hadi Rəcəbli dövlət idarəçiliyi sahəsində peşəkar kadrların hazırlanmasına dair Azərbaycanın təcrübəsindən bəhs edib, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti haqqında məlumat verib.
Sonda YAP adından müxtəlif
hədiyyələr Çin Ali Partiya Məktəbinə
təqdim olunub.
Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 3.