Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası keçirilib
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7-ci, 21-ci, 25-ci, 33-cü, 141-ci, 142-ci və 145-ci maddələrinin şərh edilməsinə dair Gəncə Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi
Plenumunun oktyabrın 2-nə təyin edilmiş iclasında baxılacaq.
Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 4.