DSX-nin Çevik Hərəkət Qüvvələrinin hərbi hissəsində yeni idman kompleksi istifadəyə verilib

 

Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı və dövlət sərhədinin etibarlı mühafizəsi üçün sərhədçilərin peşəkarlıq səviyyəsinin və fiziki hazırlığının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılışını etdiyi DSX-nin Çevik Hərəkət Qüvvələrinin Yevlax şəhərindəki hərbi hissəsində yeni idman kompleksi istifadəyə verilib.

İdman kompleksinin açılış mərasimində iştirak edən DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanı, general-leytenant Ehram Hacıyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hərbi qulluqçular üçün zəruri xidməti və yaşayış səviyyəsinin təmin edilməsi, o cümlədən bədən tərbiyəsi və fiziki hazırlıqla məşğul olmaları üçün lazımi şəraitin yaradılması istiqamətində önəmli tədbirlərin görülməsi, bu sırada "Sərhədçi” idman olimpiya mərkəzinin, həmçinin bütün sərhəd dəstələrinin və digər hərbi hissələrin nəzdində yaradılmış idman komplekslərinin fəaliyyətinə böyük önəm verilməsi xüsusi qeyd olunub.

Yeni inşa edilmiş idman kompleksində çevikliyidözümlülüyü artırmaq üçün ən müasir avadanlıqla təchiz edilmiş trenajor zalı, stolüstü tennisbilyard zalı, voleybol, basketbolmini futbol oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş böyük idman zalı mövcuddur. İdman kompleksində, həmçinin tamaşaçılar üçün tribuna, idmançılar üçün rahat geyinib-soyunmayuyunma otaqları, kompleksin fəaliyyətini təmin etmək üçün zəruri avadanlıqla təchiz edilmiş xidməti otaqlar da istifadəyə verilib.

İdman kompleksinə baxış keçirildikdən sonra nümunəvi çıxışlar təqdim olunub.

 

Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 8.