Kürdəxanı
qəsəbəsində yaradılan yeni park sakinlərin sevimli
istirahət guşəsinə çevriləcək
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində
yeni salınan istirahət parkında yaradılan şəraitlə
tanış olub.
AZƏRTAC xəbər verir ki, dörd
ay əvvəl paytaxtın
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinə
gələn Birinci vitse-prezident burada görülməsi vacib olan sosial və
infrastruktur işlərinin
qısa vaxt ərzində həyata keçirilməsi ilə bağlı göstərişlərini
vermişdi. Bunlardan biri qəsəbə
sakinləri üçün
salınan yeni istirahət parkıdır.
Sabunçu Rayon İcra Hakimiyyətinin
başçısı Adil
Vəliyev parkda yaradılan şəraitlə
tanış olan Birinci vitse-prezident
Mehriban Əliyevaya görülən işlər
barədə məlumat
verdi. Yeni park Zeytunluq adlanan ərazidə yerləşir.
Ərazisi 2,6 hektar olan bu
istirahət məkanındakı
zeytun ağacları
30-35 il əvvəl əkilib. Həmişəyaşıl, insan sağlamlığı
üçün faydası
hamıya bəlli olan bu qiymətli
bitkilərə xüsusi
qulluq göstərilib.
Onu da deyək ki, bu vaxta qədər
Kürdəxanı qəsəbəsində
park olmayıb, ərazi
baxımsız vəziyyətdə
idi. Bu gündən isə istirahət üçün lazımi
şəraitlə təmin
edilən yeni park sakinlərin istifadəsindədir.
Ərazidə abadlıq işləri
aparılıb, "Zeytun”
kafesi inşa edilib.
Heç şübhəsiz ki, Kürdəxanı qəsəbəsində
yaradılan yeni park sakinlərin sevimli istirahət guşələrindən
birinə çevriləcək.
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 1; 4.