BTC əsas yükünü “Azəri-Çıraq-Günəşli”
neftindən götürür
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tikilməsi zərurəti "Əsrin müqaviləsi”nin real nəticələrindən irəli gəlirdi. 1997-ci ilin noyabrında "Çıraq” platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri”, "Dərinsulu Günəşli” yataqlarının işlənməsi dayanırdı və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan həcmlər üçün kifayət deyildi.
Daha qlobal bir boru xəttinin
çəkilməsi vacib
idi. Bununla bağlı
Ulu Öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin
ortalarında özünün
düzgün və uzaqgörən qərarını
verdi. Bu,
BTC-nin inşası idi.
BTC uzun və mürəkkəb bir yol keçib. Onun yaranma
tarixində xüsusi əhəmiyyət kəsb
edən hadisələr
çoxdur. Bunlardan
biri 1998-ci il
oktyabrın 19-da kəmərin
tikintisi ilə bağlı "Ankara bəyannaməsi”nin
imzalanması oldu. Daha bir mühüm
hadisə 1999-cu il noyabrın 18-də
baş verdi. ATƏT-in İstanbul zirvə toplantısında
"Xam neftin Azərbaycan Respublikası,
Gürcüstan Respublikası
və Türkiyə Cümhuriyyəti əraziləri
ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
vasitəsilə nəql
edilməsinə dair” saziş imzalandı.
Bu sənədə sözügedən üç
ölkənin dövlət
başçıları ilə
yanaşı, ABŞ və
Qazaxıstan prezidentləri
də imza atdılar. BTC-nin tikintisi qarşısında
yaşıl işıq
yandıran bu saziş "Əsrin müqaviləsi”ndən sonra
Azərbaycan üçün
mühüm tarixi əhəmiyyət kəsb
edən ikinci sənəd idi.
2002-ci il sentyabrın
18-də Səngəçal terminalında BTC-nin təməlqoyma mərasimi
keçirildi. Dünya miqyaslı
bu kəmərin təməli qoyulandan sonra da layihənin
ölkəmizin xaricindəki
və daxilindəki bədxahları rahatlıq
tapa bilmir, onun gerçəkləşməsinə
hər vasitə ilə əngəl törətmək istəyirdilər.
Bu dəfə həmin
qüvvələr beynəlxalq
qurumların ofisləri
qarşısında toplaşdılar. BTC-nin ətraf mühitə zərbə vuracağını iddia edirdilər. Lakin layihənin
ƏMSSTQ (Ətraf Mühitə
və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərində
ekologiya ilə bağlı bütün məqamlar diqqətlə nəzərə alınmışdı.
Ümummilli Lider Heydər Əliyevin dünyadakı
böyük siyasi nüfuzu BTC-nin maliyyələşdirilməsi kimi
kəskin bir problemi də aradan qaldırdı. 2003-cü ilin fevralında ABŞ-da keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır”
beynəlxalq konfransında
iştirak edən Ulu Öndər maliyyə qurumlarının
rəhbərləri ilə
söhbətlər apardı
və məsələnin
müsbət həllinə
nail oldu.
2004-cü ilin fevralında
Bakıda, "Gülüstan”
sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşdirilməsinə
aid son sənədlər imzalandı. Bununla da
kəmərin maliyyələşdirilməsi
məsələləri bitdi.
2005-ci ilin əvvəlində
"Azəri” yatağından
ilkin neft alındı və bir neçə ay sonra BTC Səngəçal
terminalında həmin
neftdən özünün
birinci yükünü
götürdü. Bir il yol gedən Azərbaycan nefti Ceyhan terminalına
2006-cı il mayın
28-də çatdı. İyunun 4-də BTC-nin gətirdiyi neftlə yüklənmiş
ilk tanker dünya bazarlarına
yola salındı.
İyulun 13-də isə Ceyhan
şəhərində kəmərin
tam bir sistem kimi işə düşməsi münasibətilə
təntənəli mərasim
keçirildi.
Xatırladaq ki, hazırda
BTC-nin səhmdarları
bu şirkətlərdir:
BP (Böyük Britaniya)
- 30,1 faiz, həm də layihənin operatorudur. AzBTC (Azərbaycan) - 25 faiz, "Şevron”
(ABŞ) - 8,9 faiz, "Ekvinor”
(Norveç) - 8,71 faiz,
TPAO (Türkiyə) - 6,53 faiz,
"Eni” (İtaliya) -
5 faiz, "Total” (Fransa)
- 5 faiz, "İtoçu”
(Yaponiya) - 3,4 faiz,
"İnpeks” (Yaponiya)
- 2,5 faiz, "EksonMobil”
(ABŞ) - 2,5 faiz, ONGC (BTC) Limited (Hindistan) - 2,36 faiz.
İstismara veriləndən cari
ilin birinci yarısının sonunadək
bu boru kəməri
vasitəsilə ümumilikdə
432 milyon tondan artıq (3,2 milyard bareldən çox) xam neft nəql edilib. Həmin neft həcmləri
Ceyhanda 4234 tankerə yüklənərək dünya
bazarlarına göndərilib.
Birinci yarımil
ərzində isə
BTC vasitəsilə təqribən
16 milyon ton (120 milyon bareldən artıq) xam neft ixrac
olunub və bu neft Ceyhanda
149 tankerə vurulub.
Hazırda BTC kəməri əsasən
"Azəri-Çıraq Günəşli” neftini və "Şahdəniz”
kondensatını daşıyır.
Bundan əlavə, kəmər vasitəsilə digər xam neft və
kondensat həcmləri,
o cümlədən Türkmənistan,
Rusiya və Qazaxıstan nefti də nəql olunur. Keçən ilin ortalarında BTC ilə nəql olunan neftin həcmi
3 milyard bareli
ötüb.
Müasir dövrdə karbohidrogenlərin
nəqli üçün
ən təhlükəsiz
vasitə boru kəmərləri sayılır. Ələlxüsus da borular torpaq
altında basdırılırsa.
BTC məhz belə
kəmərdir. Onun boruları
ən azı bir metr dərinlikdə
torpağa basdırılıb.
Borular korroziyanın qarşısının
alınması məqsədilə
xaricdən üçqat
örtükləmə sistemi
ilə izlolyasiya edilib. Geoloji təhlükələr (məsələn, seysmik qırılma xətləri
və çaylar) üçün xüsusi
dizayn verilib. Korroziya əleyhinə katod mühafizə sistemi sutka boyu fəaliyyətdədir,
eləcə də kəmərin kompüter əsasında monitorinq sistemi 24 saat ərzində əməliyyatlara
nəzarət edir.
BTC uzun illərdir
ahəngdar və təhlükəsiz işləyərək
təkcə ölkəmizə
deyil, ərazisindən
keçdiyi Gürcüstan
və Türkiyəyə
də gəlirlər gətirir. Lakin məsələ təkcə iqtisadi əhəmiyyətdən ibarət
deyil. BTC həmçinin böyük
siyasi rol oynayır. O, bir polad kəmər kimi regionun dövlətlərini,
layihədə iştirak
edən bütün ölkələri bir-birinə
sıx bağlayır.
Xəzərin sahilindən Avropaya
uzanan enerji dəhlizinin möhkəm bünövrəsi kimi daha böyük əhəmiyyət kəsb
edir.
Başqa sözlə, BTC həm də yeni-yeni layihələrə yol açıb. Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən
təntənəli mərasimdə
Prezident İlham Əliyevin dediyi kimi: "1990-cı illərdə
neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi.
Mən xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
işə düşməsini
qeyd etməliyəm.
Ulu Öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə
biz bu kəməri istifadəyə verdik.
2007-ci ildən Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü
ki, bu gün
bizim qaz ixracımızın əsas
infrastruktur layihəsidir
və bu kəmər əsasında
bu gün "Cənub qaz dəhlizi” layihəsi icra edilir”.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 1;
10.