Mehriban Əliyeva: “Mən də, cənab
Prezident də hər zaman
sizin yanınızdayıq. Siz bizim güc
mənbəyimizsiniz”
Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTACxəbər verir ki, Birinci vitse-prezident əvvəlcə sıralarında məktəbin məzunlarının da olduğu şəhid Kürdəxanı sakinlərinin xatirəsinə ucaldılan abidəyə baxdı.
Qeyd edək ki, 1971-ci ildən fəaliyyətə başlayan bu məktəbin binasında cari təmir işləri 2006-cı ildə aparılıb. İki il sonra - 2008-ci ildə şagird sıxlığı nəzərə alınaraq 300 yerlik əlavə korpus tikilib.
Bu ilin mayında Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təhsil ocağı yenidən qurulub.
Əvvəllər fənn kabinetləri yararsız vəziyyətdə idi, bu isə tədris prosesinin keyfiyyətinə maneçilik törədirdi. Ancaq yeni tədris ilində bu problem aradan qaldırıldı.
Təhsil ocağının sinif otaqları, fənn kabinetləri, informatika-linqafon otağı, kitabxana, akt və idman zalları ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, hər iki korpusda 47 sinif otağı, 2 informatika və 1 linqafon otağı, kimya, biologiya, fizika fənn kabinetləri, akt, idman və musiqi zalları istifadəyə verilib.
Təmirdən əvvəl məktəb 1150 şagird yerlik olub. Hazırda əlavə sinif otaqlarının artırılması hesabına burada 1200 şagirdin təhsil alması üçün şərait yaradılıb. Təhsil ocağının həyətində yaşıllıq sahəsi salınıb, abadlıq-quruculuq işləri aparılıb. Məktəbin həyətində müasir tələblərə cavab verən qaçış və futbol meydançası da yaradılıb.
Məktəbin kollektivi ilə görüşüb, onlara yeni dərs ilində uğurlar arzulayanBirinci vitse-prezident Mehriban Əliyevadedi:
-Mən bu gün
burada olmaqdan çox şadam. Yəqin bilirsiniz ki, cari ilin
may ayında hörmətli
Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızımla Kürdəxanı qəsəbəsində
oldum. Çay süfrəsi ətrafında
qəsəbədə olan
problemlər haqqında
geniş söhbət
etdik. Həmin vaxt bu məktəbə
də baxdım və sakinləri narahat edən məsələlərin aradan
qaldırılması üçün
lazımi tapşırıqlar
verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yəni,
üç ay ərzində,
təmir edilib, amma demək olar ki, müasir
səviyyədə yenidən
qurulub. Əminəm ki, bu məktəb
yeni tədris ilində həm şagirdlərə, həm
də onların valideynlərinə xoş
bir hədiyyə olacaq.
Məktəb 1971-ci ildə inşa
olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində
bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq,
çox yararsız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımi avadanlıqla təmin olunmuş yeni bir məktəbdir.
Burada 1200 şagird təhsil ala bilər. Amma mən yenə
də sakinlərin xahişini və şagirdlərin 2000-dən çox
olduğunu nəzərə
alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində
yeni bir məktəbin tikintisinə
ehtiyac var. Tapşırıqlar
verilib və qısa bir zamanda
yeni məktəbin tikintisinə başlanılacaq.
Bundan əvvəl gözəl bir parkın açılışında iştirak
etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir.
Sakinlərin belə bir xahişi var idi ki,
asudə vaxtı keçirmək üçün
bu cür bir yer olsa,
çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin
istifadəsinə verilib.
Ən vacibi isə odur ki,
bütün ağaclar
saxlanılıb, heç
bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi,
uşaqlar üçün
oyun meydançası,
müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük.
Bu, Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
aparılan siyasətin
nəticələridir. Paytaxtımız
Bakı da bu gün dünyanın
ən gözəl şəhərlərindən biridir.
Mən çox şadam və sizi təbrik
edirəm. Mənim salamlarımı, hörmətimi
Kürdəxanı qəsəbəsində
yaşayan bütün
insanlara çatdırın.
Çox sağ olun.
XXX
Ümumiyyətlə, bu gün Sabunçu rayonunun Kürdəxanı
qəsəbəsində quruculuq-abadlıq
işləri sürətlə
gedir. 12 min 200 nəfər
əhalinin yaşadığı
qəsəbədə qazlaşma
uğurla davam edir, yol infrastrukturunun
inkişafı ilə
bağlı işlər
görülür, küçələrin
bərpası həyata
keçirilir, yeni işıqlandırma sistemi
quraşdırılır.
Kürdəxanı sakini Telman Əliyev və məktəbin təlim-tərbiyə
işləri üzrə
direktor müavini Şirinxanım Abbasova Birinci vitse-prezidentə göstərdikləri diqqətə
görə minnətdarlıqlarını
bildirdilər.
Telman Əliyev:Çox sağ olun ki, təşrif
buyurub gəldiniz. Böyük işlər görmüsünüz. Yollarımız
çox gözəldir.
Çox sağ olun. Allah Sizə, ailənizə cansağlığı
versin.
Birinci vitse-prezident Mehriban Əliyeva:Çox sağ olun. Yollar barədə
deyə bilərəm
ki, qəsəbədaxili
115 küçə, ümumilikdə
70 kilometr uzunluğunda
yollar tamamilə yenidən qurulub. Bu da əlbəttə, burada yaşayan insanlar üçün böyük rahatlıqdır.
Şirinxanım Abbasova:Hörmətli Mehriban xanım, məktəbimizin kollektivi
adından Sizi salamlayırıq, Sizə
minnətdarlığımızı bildiririk. Həm sakinlər adından, həm məktəbin pedaqoji kollektivi adından Sizə "Çox sağ olun!” deyirik. Sizin bu böyük
işinizi yüksək
qiymətləndiririk. Çox
sağ olun.
Birinci vitse-prezident Mehriban Əliyeva:Çox sağ olun, mənim borcumdur. Bilirsiniz, mən hər zaman insanlarla ünsiyyətdə olmağa
və onların problemlərini eşitməyə
çalışıram. Bilirsiniz,
mən də, cənab Prezident də hər zaman sizin yanınızdayıq.
Siz bizim güc mənbəyimizsiniz.
Şirinxanım Abbasova:Məktəbin kollektivi adından Sizi əmin edirik ki, Sizin,
bax, bu qədər
gördüyünüz işlər
qarşısında biz də
daha böyük səylə çalışacağıq,
bütün qüvvə
və bacarığımızı
gənc nəslin təlim-tərbiyəsinə həsr
edəcəyik. Bir daha qəsəbə sakinləri, məktəbin
pedaqoji kollektivi adından Sizə öz minnətdarlığımızı
bildiririk. Sağ olun, var olun.
Birinci vitse-prezident Mehriban Əliyeva:Çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 4; 5.