“Seçki
(referendum) komissiyalarının məşvərətçi
səs hüquqlu üzvlərinin statusu haqqında Təlimat”da dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının qərarı
Qərar ¹ 4/14
"Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 avqust 2008-ci il tarixli 9/39-1 saylı Qərarı ilə təsdiq edilmiş "Seçki (referendum) komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimat”ın 1.2-ci bəndindən, 2 saylı əlavənin "Qeyd”i üzrə 1-ci hissədən "namizəd irəli sürmüş və ya”, 5b, 5c və 5ç saylı əlavələrdən isə "namizədlər irəli sürmüş və ya” sözləri çıxarılsın.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.09.2019-cu il
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 7.