Baş prokuror Qəbələ
rayonunda vətəndaşları qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dövlət
qurumları tərəfindən insanlara layiqli xidmət
göstərilməsi, vətəndaşların müraciətlərinə
qayğı və həssaslıqla yanaşılması ilə
bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən
daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu,
onların ərizə və şikayətlərinə
baxılaraq həll olunması üçün müvafiq tədbirlər
görülür.
Baş
prokuror Zakir Qaralov sentyabrın 13-də Qəbələ Rayon
Prokurorluğunun inzibati binasında Qəbələ və
Oğuz rayonlarından olan vətəndaşları qəbul
edib.
Baş
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, qəbuldan əvvəl Baş prokuror Zakir Qaralov və Qəbələ
Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi
Abdullayev xalqımızın ümummilli lideri Heydər
Əliyevin şəhərin mərkəzində
ucaldılmış abidəsi önünə gül dəstələri
düzərək dahi şəxsiyyətin əziz xatirəsini
dərin ehtiramla yad ediblər.
Baş
Prokurorluğun məsul əməkdaşlarının, habelə
əlaqədar tabe prokurorların iştirakı ilə
keçirilən qəbulda Zakir Qaralov bölgədə
yaşayan 19 vətəndaşın müraciətini dinləyərək,
qaldırılan məsələlərin qanunauyğun və
operativ şəkildə həll edilməsi üçün
Baş Prokurorluğun əlaqədar struktur qurumlarının
rəhbərlərinə və tabe rayon prokurorlarına
müvafiq göstərişlər verib.
Vətəndaşların
müraciətlərinin bir qismi yerindəcə həllini
tapıb, digər müraciətlər isə
araşdırılması üçün nəzarətə
götürülüb.
Bölgə
sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə
baxılması üçün rahat və əlverişli
şərait yaradılmasından razılıqlarını
ifadə edən vətəndaşlar göstərilən diqqət
və qayğıya görə dövlət
başçısına minnətdarlıqlarını ifadə
ediblər.
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 7.