Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Sentyabrın 13-də Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası çərçivəsində Ukrayna və Azərbaycan Xarici İşlər nazirlərinin müavinləri Vasili BodnarMahmud Məmməd-Quliyev arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Ukrayna və Azərbaycan arasında strateji əməkdaşlığın perspektivləri müzakirə olunub. İki ölkənin Xarici İşlər nazirlikləri arasında intensiv məsləhətləşmələrin aparılmasının önəmi vurğulanıb. Bundan başqa, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin səmərəliliyi qeyd edilib.

 

Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 7.