Arzulara gedən yollar
Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbin 11a sinfinin məzunlarının hər biri üçün bu il də məktəb zəngi çalınacaq. Yenə min bir arzu, ümidlə sinif otaqlarına üz tutacaqlar. Ancaq onlar daha hər gün eyni sinfə daxil olmayacaq, eyni müəllimlərdən dərs almayacaqlar. Çünki bundan sonra təhsillərini respublikanın ayrı-ayrı ali məktəblərində davam etdirəcəklər.
Nəticələr
təqdirəlayiqdir
2018-2019-cu tədris ilinin nəticələri ümumilikdə Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdləri üçün sevindiricidir. Belə ki, keçən dərs ilində məktəbin XI siniflərini bitirmiş 74-si məzunundan 58 nəfəri ali məktəblərə sənəd verib və onlardan 47-si tələbə adnı qazanıb. Yevlax rayonu üzrə 600-dən yuxarı bal toplayan 6 məzundan 5-i də 5 saylı tam orta məktəbin yetirmələridir. Yalnız bu məktəbdə deyil, ümumilikdə rayon üzrə ən yüksək nəticəni isə 11a sinfinin məzunları göstəriblər. Həmin sinifdə təhsil almış bütün şagirdlər bu gün tələbə adını daşıyırlar.
Uğurlardan danışan Yevlax şəhər 5 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Zərxanım Əhmədova ümumi nəticələri nəzərdən keçirərək inamla bildirir ki, bu təhsil ocağı respublikanın ən yaxşı məktəbləri sırasında yer tutur: "2018-2019-cu tədris ilinin nəticələri göstərir ki, "Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Yevlax şəhər 5 saylı tam orta məktəb son beş ildə çox ciddi nailiyyətlər əldə edib. Tədrisin, təlim-tərbiyənin keyfiyyətinə görə bu təhsil ocağı ötən illər ərzində bir qayda olaraq Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin reytinq cədvəlində "Ən yaxşı ümumtəhsil məktəbləri” sırasına daxil edilir. 2018-2019-cu dərs ilinin yekun nəticələri də çox yüksək və təqdirəlayiqdir”.
Məktəbin direktoru diqqətə çatdırır ki, dövlət qayğısı onları hər zaman işlərini daha məsuliyyətlə, sevə-sevə həyata keçirməyə ruhlandırır: "Prezident İlham Əliyev 2014-2019-cu illərdə Yevlax şəhər 5 saylı tam orta məktəbin uğurları ilə bağlı 6 sərəncam imzalayıb. Həmin sərancamlarla 2 nəfər "Əməkdar müəllim”, 1 nəfər "Ən yaxşı müəllim” fəxri adına layiq görülüb, 1 nəfər yubiley medalı ilə təltif edilib, 1 nəfər məzun Prezident təqaüdü alıb məktəb özü isə "Ən yaxşı ümümtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Rayonumuzun təhsilinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımızı bildiririk”.
2018-2019-cu tədris ilində Yevlax rayonu üzrə IX-XI sinif şagirdlərinin 27 nəfəri fərqlənmə attestatına layiq görulüb ki, onlardan 13 nəfəri 5 saylı tam orta məktəbin yetirmələridir. Fərqlənmə attestatı alanların 11 nəfəri isə həmin məktəbin 11a sinfinin məzunlarıdır.
Bütün şagirdləri tələbə
adını qazanmış sinif
Yevlax şəhər 5
saylı tam orta məktəbin
müəllimi Vəsilə İsayevanın rəhbəri olduğu sinfin 20
şagirdindən 14-ü tələbə adını
qazanıb. Məktəbin riyaziyyat müəllimi
Telli Kərimxanovanın rəhbərlik etdiyi sinif isə bu il rayonda
ən yaxşı nəticəni göstərib. Belə ki, sinfin 20 məzunu qəbul
imtahanlarında iştirak edərək
ölkənin müxtəlif ali məktəblərinə
daxil olub. Onlardan biri - 11a sinif şagirdi Səid Quliyev 633 balla Yevlax birincisidir. Bu uğuru Səidi Azərbaycan Tibb Universitetinin Müalicə
işi fakültəsinin
tələbəsi edib.
O, bildirir ki, hər bir yüksək
nəticə göstərən
şagird birinci sinifdən on birinciyədək
səylə çalışmalıdır:
"Bundan başqa valideynlərin yaratdığı
imkanlar və müəllimlərimin biliyi,
gözəl rəftarı,
öyrətmə qabiliyyəti
nəticəsində bu
uğuru qazana bildim”.
Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin
təşkil etdiyi qəbul imtahanlarında iştirak edən bu sinfin şagirdlərinin
əksəriyyəti 500-600-dən yuxarı bal toplayıb. Yevlax şəhər 5 saylı
tam orta məktəbin
11a sinfinin məzunlarından
Aytac Məşdizadə
Azərbaycan Tibb Universitetinin, Sitarə Əsgərli Azərbaycan
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının, Şəms
Adışirinova Milli
Aviasiya Akademiyasının
tələbələri olublar.
Sinfin digər məzunları - Gülxanım
İsayeva Naxçıvan
Universitetində tibb, Solmaz Abdullayeva Bakı Dövlət Universitetində riyaziyyat-mexanika,
İnci Qasımzadə
informatika, Aytac Əmrahova Xəzər Universitetində kompüter
elmləri, Mədinə
Nuriyeva Bakı Slavyan Universitetində alman dili, Elnarə
Kərimova Azərbaycan
Dövlət Pedaqoji Universitetində fizika müəllimliyi ixtisasları
üzrə təhsil alacaqlar. Veys Şirinov hərbi həkim, Elvin İbrahimovla
Tural Eyvazlı FHN, Məleykə Əlili UNEC
İstehlak mallarının
ekspertizası və marketinqi, Emin Nəbiyev AMİU Həyat
fəaliyyətinin təhlükəsizliyi,
Ələsgər Məxbiyev
Azərbaycan Texnologiya
Universitetində texnologiya
mühəndisliyi, Kamil
Mirzəyev, Heydər Əliyev adına hərbi məktəbdə,
Orxan Mirzəyev
AMİU Geodeziya və
xəritəçilik, İsa
Məmmədli Bakı
Mühəndislik Universiteti
Dövlət və bələdiyyə idarəetməsi,
Nərmin Abdullazadə
biotibbi texnologiya mühəndisliyi ixtisaslarına
yiyələnəcəklər.
Vətənə və dövlətə
faydalı mütəxəssis
kimi yetişmək istəyi
Yevlax şəhər 5 saylı
tam orta məktəbin
direktoru Zərxanım
Əhmədova qeyd edir ki, bilikli,
vətənpərvər olmaqla,
hərtərəfli inkişaf
etməklə müəllimlərin
və valideynlərin etimadını doğrultmuş
məzunlarımızın həyatın və elmin enişli-yoxuşlu yollarında daha böyük uğurlar qazanacağına inanırıq.
Tələbə adını qazanmaqla valideynlərinə, müəllimlərinə
böyük sevinc bəxş edən gənclərin qarşısında
yeni yollar açılır. Bu yollar
onlara seçdikləri
ixtisas üzrə yüksək biliklər qazandıracaq, müstəqil
həyata qədəm
qoyan gəncləri arzularına doğru qanadlandıracaq.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 9.