Naxçıvanda
31 ümumtəhsil məktəbin məzunları tələbə
adını qazandı
Bu, təhsilə dövlət
qayğısının bəhrəsidir
El arasında belə bir deyim var: "Ustasız sənətkarlıq, sərkərdəsiz ordu, təhsilsiz inkişaf ola bilməz”. Buna görə də Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir. Son illər muxtar respublikada 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əvvəllər olduğu kimi, 2019-cu ildə də tikinti-quruculuq işləri ön planda dayanıb. Təkcə bu ilin birinci yarısında 1170 şagird yerlik 2 ümumtəhsil məktəbi üçün binalar tikilib və əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Muxtar respublikanın ümumtəhsil məktəblərində 600-dən yuxarı elektron lövhə quraşdırılıb və 5500-dən çox kompüter, 2005-ci ildən bugünədək 3 milyon nüsxəyə yaxın dərslik, 600 mindən artıq latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və metodik vəsait verilib.
Ümumtəhsil məktəblərində
yaradılan şəraitin nəticəsidir ki,
şagirdlər respublika fənn
olimpiadalarında yüksək nəticələr əldə edir. Muxtar respublika fənn olimpiadalarında 20 şagird
I, 18-i II, 13-ü III yeri, respublika
fənn olimpiadalarında
2-si I, 6-sı II, 17-si isə III yeri tutub.
2018-2019-cu tədris ilində
muxtar respublikanın ümumtəhsil məktəblərini
bitirən məzunlardan
13-ü qızıl, 16-sı gümüş medala, 45-i
isə fərqlənmə
attestatına layiq görülüb. Qızıl medalçı məzunların
hamısı 600-dən yuxarı,
gümüş medala
layiq görülənlərin
12-si 600-700, 4-ü 500-600, fərqlənmə
attestatına layiq görülənlərin isə
14-ü 600-700, 31-i 500-600 arası bal toplayıb.
Builki qəbul imtahanlarında Nicat İsmayılov 688, Axundzadə Abdulla 674, Cəfərli
Məleykə 670, Murad
Məmmədtağılı isə 665 balla respublikanın müxtəlif
ali məktəblərinə,
seçdikləri ixtisas
qrupuna qəbul olublar. Həmin tələbələr qazandıqları nailiyyətlərə
görə adlarını
Prezident təqaüdünə
layiq görülənlərin
siyahısına da yazdırıblar.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbov bu il ali məktəbə daxil olan tələbələri
qəbul edərək,
onlara bundan sonra da elm və
təhsil yollarında
uğurlar arzulayıb.
Builki tədris
ilində Naxçıvan
MR-dəki ümumtəhsil
məktəblərini 2734 məzun
bitirib. Onlardan 2301-i, yaxud 84 faizi ali məktəblərə
sənəd verib. Qəbul olunanların 1180-i və ya 51 faizi qızlardan
ibarətdir.
Buraxılış və qəbul imtahanlarında toplanan ballar əsasında 2019-cu
ilin məzunlarından
1520-si ali təhsil müəssisələrinə,
Heydər Əliyev adına Hərbi Liseyi bitirənlərdən
180-i isə ölkənin
müxtəlif ali hərbi məktəblərinə
qəbul olunub. Ümumilikdə Naxçıvanda
orta məktəbi bitirib ölkənin ali məktəblərinə
qəbul olanların sayı bu il
1700 nəfərdir.
Muxtar respublikada məzunların
281-i ali məktəbə qəbul
imtahanlarında 500-700 arası
bal toplayıb. Onların 172-si qızlardan, 109 nəfəri
isə oğlanlardan ibarətdir. Ali məktəblərə qəbulda
muxtar respublikanın
100 məktəbinin məzunları
500-700 arası nəticə
göstərib. Yüksək
bal toplayan abituriyentlərdən 600-700 arası
nəticə göstərənlərin
sayı 50, 500-600 arası
nəticə göstərənlərin
sayı isə 231 olub. Bir sözlə, 31 ümumtəhsil
məktəbinin məzunlarının
hamısı tələbə
adını qazanıb.
Bu il 580 nəfər
naxçıvanlı məzun
da orta ixtisas
məktəblərinin qapılarını
açıb. Məktəblilərin hərbi vətənpərvərlik
ruhunda tərbiyə məsələsi də daim diqqət mərkəzində saxlanılır.
Nəticə göz qabağındadır: 2019-cu ilin
məzunlarından 20-si xüsusi
təyinatlı ali təhsil müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından isə 180-i ölkəmizin
müxtəlif ali hərbi məktəblərinə
qəbul olub. Muxtar respublikanın 160 ümumtəhsil məktəbindən
Heydər Əliyev adına Hərbi
Liseyə sənəd
verənlərdən 142-si kursant
adını qazanıb.
Belə yüksək göstəricilərə
əsaslanıb deyə
bilərik ki, muxtar respublikada da təhsilin dövlət qayğısı
ilə əhatə edilməsi ildən-ilə
uğurlu nəticələrin
qazanılmasını və
davamlı xarakter almasını şərtləndirir.
Adilə
SƏFƏROVA,
Əməkdar mədəniyyət
işçisi
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 9.