Sabah məktəblərdə ilk zəng çalınacaq
Yeni tədris ilində respublikanın
ümumtəhsil müəssisələrində 1525016 şagird təhsil alacaq
Sabah Azərbaycanda yeni dərs ili başlayır. 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin birinci sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyacaq.
Bilikli, savadlı, təhsilli cəmiyyətə malik dövlət də qüdrətli olur. Elə buna görədir ki, ölkəmizdə də təhsil sahəsində ardıcıl uğurlu islahatlar, dövlət proqramları həyata keçirilir.
Xüsusilə son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin xüsusi diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilən proqramlar, layihələr təhsildə əldə edilən uğurların sayını artırır. Elə təkcə bu il Prezidentin iki böyük sosial paketi çərçivəsində təhsil işçilərinin əməkhaqlarının artırılması Azərbaycanda müəllimlərə hər zaman göstərilən yüksək qayğı və diqqətin bariz nümunələrindən biridir. 260 minə yaxın təhsil işçisini əhatə edəcək artımda ödəniş sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən keçənlər və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar. Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. Birinci qrup üzrə orta aylıq əməkhaqqı 20, ikinci qrup üzrə 40 faiz artırılıb. Əməkhaqqı artımları təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı, eyni zamanda, təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək. Bu günlərdə isə 2019-2020-ci tədris ilində yüksək balla ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin sərəncamı təhsil ictimaiyyətinin daha bir sevincinə səbəb oldu və 102 gənc tələbə bu təqaüdə layiq görüldü.
Heydər Əliyev
Fondu bu il də birinciləri sevindirdi
Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.
Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb”, "İnternat məktəblərinin inkişaf proqramı”, "Təhsilə dəstək” kimi layihələri də uğurla davam etdirir. Elə bu il də fondun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Fondun sifarişi ilə 17 min aztəminatlı ailələrin övladlarına, uşaq evləri və internat məktəblərində məskunlaşan şagirdlərə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə verilib. Qeyd edək ki, fond tərəfindən "Təhsilə dəstək” layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları verilir.
Hazırda respublikada ümumilikdə 4 447 məktəb fəaliyyət
göstərir
Respublikada ümumilikdə
4 447 məktəb fəaliyyət göstərir. Onlardan 322-si ibtidai, 3 307-si tam orta, 795-i
isə ümumi orta məktəbdir. 16 xüsusi
tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən
59 məktəb-lisey, 49 lisey,
15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya var.
Yeni tədris
ilinin əvvəlində
Təhsil Nazirliyi tərəfindən təmir-tikinti
işləri yekunlaşdırılaraq
43 məktəb binası
şagirdlərin istifadəsinə
verilib. Onlardan 20-si yeni tikilən,
8-i əsaslı təmir
olunan, 15-i isə modul tipli məktəbdir.
2019-cu ildə ümumilikdə
respublika üzrə
25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı,
253 məktəbin cari
təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi
nəzərdə tutulur.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin
I-XI sinifləri üçün
322 adda 5668865 nüsxə
dərslik və metodik vəsait çap edilib.
2019-2020-ci tədris ilində
108074 uşağın ümumtəhsil
müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin
məktəbəhazırlıq qrupları üçün
3 adda 168148 dərslik və metodik vəsait çap edilib.
5 yaşlıların
90 faizinin məktəbəhazırlıq
qruplarına cəlb olunması üçün
imkan yaradılıb
Yeni tədris
ilində Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
(BŞTİ) tabeliyində fəaliyyət
göstərən ümum-təhsil
müəssisələrində ümumilikdə 414 844 şagird
təhsil alacaq. Qurumun tabeliyində
279-u tam orta məktəb
olmaqla, cəmi 318 məktəb fəaliyyət
göstərir.
Bakıdakı 271 ümumtəhsil müəssisəsində
962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə
tutulub. 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların
90 faizinin məktəbəhazırlıq
qruplarına cəlb olunması üçün
dövlət tərəfindən
imkan yaradılıb.
Bakı şəhərində Təhsil
Nazirliyi tərəfindən
58 məktəbdə cari
təmir işləri
davam etdirilir. Sabunçu rayonu
ərazisində şagird
sıxlığının aradan qaldırılması
məqsədilə Heydər
Əliyev Fondu tərəfindən Kürdəxanı
qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur.
39, 113, 129 nömrəli tam orta məktəblərdə
əsaslı təmir
işləri aparılır,
97, 101, 155 və 300 nömrəli
tam orta məktəblərin
köhnə korpuslarının
sökülərək yenidən
tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam
orta məktəblərin
isə bütövlükdə
binalarının sökülərək
yenidən tikintisi həyata keçirilir.
Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni
məktəb (161 nömrəli
tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.
Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının
sökülərək yenidən
tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli
tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır.
Ümumtəhsil məktəblərinin təmir-tikinti
işləri son illərdə
davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların
tədris şəraitinin
yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət
edir.
Yeni tədris
ilində ibtidai siniflərdə ilk dərs
məşğələsi "İdman və sağlamlıq”, V-IX siniflərdə
"Mütaliə - mənəvi
zənginliyə aparan
yol”, X-XI siniflərdə
isə "Azərbaycan
inkişaf yollarında”
mövzularına həsr
olunacaq. Təhsil nazirinin müvafiq
əmrinə əsasən,
yerli təhsili idarəetmə orqanlarına
və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil
müəssisələrinə həmin dərslərdə
ictimaiyyət nümayəndələrinin,
müharibə iştirakçılarının,
əmək veteranları
və sabiq məzunların iştirakının
təmin edilməsi tapşırılıb.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2019.- 15
sentyabr.- S. 1; 9.