Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 135; 1999, ¹ 8, maddə 476; 2002, ¹ 5, maddə 237; 2003, ¹ 1, maddə 10; 2004, ¹ 2, maddə 57; 2006, ¹ 11, maddə 923; 2007, ¹ 5, maddə 436, ¹ 10, maddə 938; 2008, ¹ 2, maddə 47; 2015, ¹ 2, maddə 72, ¹ 4, maddə 357; 2017, ¹ 9, maddə 1631; 2019, ¹ 1, maddə 20) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 18-ci maddə üzrə:

 

1.1. birinci hissənin onuncu abzasına "qaydalarını” sözündən sonra ", sudan istifadəyə görə güzəşt və azadolmaları” sözləri əlavə edilsin;

 

1.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

 

"Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir:

 

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi;

 

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı;

 

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.”.

 

2. 44-cü maddənin birinci hissəsinin yeddinci abzasından "sudan istifadəyə və” sözləri çıxarılsın və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

 

"bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə;”.

 

3. 45-ci maddənin birinci hissəsinin doqquzuncu abzasına "sudan istifadə haqqını” sözlərindən əvvəl "bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

 

4. 80-ci maddə üzrə:

 

4.1. birinci hissəyə "su obyektlərindən” sözlərindən sonra "tələb olunan həcmdə və ödənişsiz” sözləri əlavə edilsin;

 

4.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

 

"Yanğından mühafizə ehtiyacları üçün götürülmüş sudanbu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.”.

 

5. 96-cı maddənin birinci hissəsinin ikinci abzasına "sudan” sözündən, üçüncü abzasına "su obyektlərindən” sözlərindən əvvəl "bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

 

6. 97-ci maddənin birinci hissəsində "Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri "Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri ilə əvəz edilsin.

 

7. 98-ci maddənin üçüncü hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyul 2019-cu il

 

Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 2.