“Azərbaycan
Respublikasının Su Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1652-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikası Su Məcəlləsinin
tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Su Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1652-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının
Su Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Su Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Azərbaycan Respublikasının
1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 13 mart tarixli
685 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 3, maddə 169; 2003, ¹ 10, maddə 546; 2007, ¹ 2, maddə
87; 2008, ¹ 8, maddə 719; 2012, ¹ 10, maddə 952; 2013, ¹ 11, maddə
1333; 2014, ¹ 10, maddə 1214, ¹ 12, maddə 1550; 2017, ¹ 9, maddə
1634; 2018, ¹ 5, maddə 968) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci
bəndə "Məcəlləsinin”
sözündən sonra
"18-ci maddəsinin ikinci
hissəsinin ikinci, üçüncü və
dördüncü abzaslarında,”
sözləri əlavə
edilsin;
3.2.
2.24-cü maddənin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 2.25-2.27-ci bəndlər
əlavə edilsin:
"2.25.
həmin Məcəllənin 18-ci maddəsinin
ikinci hissəsinin ikinci abzasında "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyəti
nəzərdə tutulur;
2.26. həmin Məcəllənin
18-ci maddəsinin ikinci
hissəsinin üçüncü
abzasında "orqan
(qurum)” dedikdə
"Azərsu” Açıq
Səhmdar Cəmiyyəti
nəzərdə tutulur;
2.27. həmin Məcəllənin
18-ci maddəsinin ikinci
hissəsinin dördüncü
abzasında "orqan
(qurum)” dedikdə
"Azərenerji” Açıq
Səhmdar Cəmiyyəti
nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr
2019-cu il
Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 2.