Şərur Sənaye
Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət
göstərən mikro,
kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi,
qeyri-neft sektorunun davamlı inkişafının
təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması
məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar
Respublikasının Şərur
rayonunda Şərur Sənaye Məhəlləsi
yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. mikro, kiçik
və orta sahibkarlığın dəstəklənməsi
məqsədi ilə Şərur Sənaye Məhəlləsinin ərazisində
qeyri-neft sənaye sahələri üzrə
məhsul istehsalı müəssisələri, habelə
xidmət müəssisələri
yaradılır;
2.2. Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin
təşkili, tənzimlənməsi,
idarə olunması və inkişafı ilə bağlı tədbirləri Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat
həyata keçirir.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.3. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti:
4.1. Şərur Sənaye Məhəlləsinin fəaliyyəti
ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə
yararlı vəziyyətə
gətirilməsini, xarici
və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə,
istehsal təyinatlı,
inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların
fəaliyyətinin dəstəklənməsi
və sahibkarlıq fəaliyyətinin səmərəli
həyata keçirilməsi
üçün digər
xidmətlərin göstərilməsini
təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;
4.2. Şərur Sənaye Məhəlləsində istehsal
olunan sənaye məhsulları üzrə
prioritet istiqamətlərin
müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata
keçirilməsini təmin
etsin;
4.3. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
5. Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin
təşkilini, həmin
ərazinin istifadəyə
yararlı vəziyyətə
gətirilməsini, xarici
və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə,
istehsal təyinatlı,
inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
2019-cu il dövlət
büdcəsində digər
layihələr üzrə
dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş
məbləğin 5,0 (beş)
milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə ayrılsın.
6. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Fərmanın 5-ci hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
7. "Sənaye məhəllələrinin
yaradılması və
fəaliyyətinin təşkili
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 10, maddə
1173) aşağıdakı dəyişikliklər edilsin:
7.1.
1.3-cü bəndə "İqtisadiyyat
Nazirliyi” sözlərindən
sonra "(Naxçıvan
Muxtar Respublikasında
yaradılan sənaye məhəllələri istisna
olmaqla)” sözləri
əlavə edilsin;
7.2.
1.4-cü bəndə "Açıq
Səhmdar Cəmiyyətinə”
sözlərindən sonra
"(Naxçıvan Muxtar
Respublikasında yaradılan
sənaye məhəllələri
istisna olmaqla)” sözləri əlavə
edilsin;
7.3. 3-cü hissəyə "İqtisadiyyat Nazirliyi” sözlərindən sonra
"(Naxçıvan Muxtar
Respublikasında yaradılan
sənaye məhəllələrinə
münasibətdə Naxçıvan
Muxtar Respublikasının
Nazirlər Kabineti)” sözləri əlavə
edilsin.
8. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr
2019-cu il
Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 2.