Şamaxıda zəlzələdən
qəzalı vəziyyətə düşmüş
evin yerində inşa
edilən evdə yaradılan şəraitlə
tanışlıq
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də
Şamaxıya səfəri
çərçivəsində şəhərin Şirvanşah
İbrahim küçəsi
26 ünvanında yaşayan
Hicran İsmayılovaya
məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ
nəticəsində qəzalı
vəziyyətə düşmüş
evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış
olub.
Mehriban Əliyeva: Sizi görməyə çox
şadam.
Hicran İsmayılova: Çox sağ olun,
Allah razı olsun.
Mehriban Əliyeva: Sağ olun, bir daha
xoş gördük.
Hicran İsmayılova: Allah Sizdən
razı olsun.
Mehriban Əliyeva: Bu ev
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.
Hicran İsmayılova: Bəli. Siz bizi evlə təmin etmisiniz.
Mehriban Əliyeva: Qısa zamanda inşa edildi.
Anar Ələkbərov: Mehriban
xanım, biz bu evi Sizin
tapşırığınızla iki ay ərzində tikib təhvil vermişik.
Hicran İsmayılova: Çox sağ olun
Mehriban xanım.
Qeyd edək
ki, həmin zəlzələ zamanı
Şamaxı ilə yanaşı, İsmayıllı
və Ağsu rayonlarında da fərdi evlər qəzalı vəziyyətə
düşmüş, sosial
və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən
zəlzələnin fəsadlarının
dərhal aradan qaldırılmasına başlanıldı.
Bu məqsədlə dövlətimizin başçısının
imzaladığı müvafiq
Sərəncamla Prezidentin
Ehtiyat Fondundan vəsait ayrıldı.
Prezident İlham Əliyevin sentyabrın 12-də və
13-də imzaladığı sərəncamlara əsasən
isə Ağsu və Şamaxı rayonlarında yaşayış
evlərinə dəyən
ziyanın aradan qaldırılması işlərinin
davam etdirilməsi məqsədilə bu rayonların hər birinə 2 milyon manat vəsait ayrıldı.
Xatırladaq ki, Heydər Əliyev Fondunun
"Regional İnkişaf” İctimai
Birliyinin nümayəndələri
də zəlzələdən
dərhal sonra təbii fəlakətdən
zərərçəkən ərazilərdə olub, yeraltı təkanların
vurduğu fəsadları
araşdıraraq sakinlərin
müraciətlərini qeydə
alıblar.
Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 4.