Azərbaycan Ordusunun hərbi
qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya
Federativ Respublikasının
"Hohenfels” təlim
mərkəzində keçirilən
"Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, hərbi təlimdə fəaliyyətlərlə
bağlı tapşırıqlar
dəqiqləşdirilir və
təlimin şəxsi
heyətinin təlimatlandırılması
icra olunur.
Təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə
yanaşı, NATO-nun üzv
və tərəfdaş
ölkələrinin ordularından
2000-dək hərbi qulluqçu
cəlb edilib.
Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 7.