Müdafiə Nazirliyinin xüsusi təyinatlı
təhsil müəssisələrində andiçmə mərasimləri
keçirilib
Tədris ilinin başlanması münasibətilə hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətinin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.
Təntənəli mərasimlərdə
çıxış edənlər gənc kursantlara
Vətənə, dövlətə və Ali
Baş Komandana, hərbi
anda sadiq
olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi,
silah və texnikanın sirlərini dərindən
öyrənərək döyüş
qabiliyyətlərini daim
artırmalarını, komandir-rəis heyətinin əmr
və sərəncamlarını dəqiq və vaxtında
yerinə yetirmələrini, işğal
altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 7.