Bir sinfin qalibləri

 

Kəlbəcər 28 nömrəli tam orta məktəbin 18 nəfərlik sinfinin builki məzunlarının hamısı yüksək balla tələbə adına layiq görülüb

 

Yeni dərs ili başlanır.

 

İstər orta, istərsə ali təhsil ocaqlarında "həyat qaynayır”. Ötən tədris ilinin yekunları qarşıda duran vəzifələr müzakirə edilir. Son illər daha bir mühüm məsələ diqqət mərkəzində saxlanılır: orta məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul olunanlarla rayon icra hakimiyyəti, təhsil şöbələri ictimai təşkilatlarla birlikdə görüşlər təşkil edilir.

Ötən illərdəki kimi, builki ali məktəblərə qəbulda da kəlbəcərli məzunlar yüksək göstəriciləri ilə fərqləniblər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı "Aşıq Şəmşir Mədəniyyət Ocağıİctımai Birliyinin dəstəyi ilə Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış beşmərtəbəli yaşayış binalarından ibarət yeni qəsəbədəki mədəniyyət sarayında ali məktəblərə yüksək balla qəbul olunan məzunların görüşü keçirilib.

Görüşə ali məktəbə qəbul olunmuş abituriyentlər onların valideyinləri dəvət olunub. Tədbirdə 2018-2019-cu tədris ilində rayondan ən yüksək nəticə göstərmiş 14 nəfər (600-700 bal), o cümlədən ali hərbi məktəblərə qəbul olunmuş 12 məzun iştirak edib.

Tədbirdə qeyd edilib ki, Kəlbəcər rayon 28 nömrəli tam orta məktəbin XI sinfində təhsil alan 18 şagirdin hamısı builki qəbulda iştirak edərək tələbə adına layiq görülüb. 1 nəfər - Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin məzunu Qorxmaz Səfərov isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında 674 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi (tədris ingilis dilində) ixtisasına qəbul olunub. Bu, Kəlbəcər rayonu üzrə ən yüksək nəticədir. Sevindirici haldır ki, Qorxmaz Səfərov "2019-2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2019-cu il tarixli sərəncamına əsasən Prezident təqaüdünə layiq görülənlər sırasındadır. Qorxmaz Səfərov bu mükafatın onun ali məktəbdə yüksək göstəricilərlə təhsil alması üçün üzərinə qoyulan ciddi məsuliyyət olduğunu deyib. Prezident təqaüdçüsü əmindir ki, dövlət başçısının göstərdiyi etimadı layiqincə doğruldacaq aldığı təqaüd davamlı olacaq.

Xatırladaq ki, son illər rayonun ümumtəhsil müəssisələrində şagirdlərə hərbi-vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı keçirilən dərslər hərbi hazırlıq təlim-məşqləri öz nəticəsini göstərməkdədir. Hərbi lisey akademiyalara qəbul olunmaq üçün şagirdlər arasında maarifləndirmə işləri aparılmış, mövzu ilə bağlı rəsm, mahnı, şeir müsabiqələri təşkil edilmişdir. Məhz bunun nəticəsidir ki, builki qəbulda 12 kəlbəcərli məzun ali hərbi məktəblərin tələbəsi adını qazanıb.

Görüşdə ali məktəblərə yüksək nəticələrlə daxil olan məzunlara fəxri fərman bütün tələbələrə "Aşıq Şəmşir Mədəniyyət Ocağıİctimai Birliyi tərəfindən maddi dəstək olaraq pul mükafatı təqdim edilib.

Yeri gəlmişkən onu da qeyd edək ki, 2017-2018-ci tədris ilində kəlbəcərli məzunlar arasında yüksək nəticə ilə ali məktəblərə qəbul olunmuş tələbələrə Prezident təqaüdü verilmişdir. Rayonun 28 nömrəli tam orta məktəbinin məzunu Salmanov Həbib Ellaz oğlu (690 bal) və 117 nömrəli tam orta məktəbin məzunu Həmidova Ülkər İlham qızı (687 bal) Prezident təqaüdinə layiq görülmüşdülər.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 9.