Dövlət proqramlarının icrası regionların sosial-iqtisadi simasını dəyişib

 

Böyük nailiyyətlərdən biri də bölgələrdə istehsalatın artması, məhsul bolluğunun yaranmasıdır

 

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkəmizin ümumi inkişafında önəmli rol oynayır. Bu proqramlar Azərbaycanın hərtərəfli tərəqqisinin təmin edilməsinə, paytaxtla regionlar arasında fərqin azalmasına səbəb olur.

Təsadüfi deyil ki, proqramların qəbulundan sonra regionlarda minlərlə kiçik, ortaböyük həcmli müəssisələr istifadəyə verilmiş, münbit infrastruktur yaradılmış, turizm inkişaf etmiş, aqrar sektorda məhsul istehsalı dəfələrlə artmışdır. Uğurla icra olunan dövlət proqramları həmçinin regionlardakı şəhər, qəsəbə və kəndlərin simasını dəyişmiş, sosial-iqtisadi inkişaf potensiallarının artmasına, biznesinvestisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaratmışdır.

Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri dövlət proqramlarının icrasını sürətləndirməklə regionların hərtərəfli inkişafının təmin edilməsi, yeni yerlərinin açılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Dövlət başçısı proqramların icra olunduğu dövr ərzində 1800-dən çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, sahibkarlarla görüşlər keçirmiş, qaldırılan məsələlərlə maraqlanmışdır. Prezident yerlərdə olunan müraciətləri və dövlət proqramlarının tələblərini nəzərə alaraq bölgələrdəki şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalamışdır. Həmin sənədlərin imzalanması regionlarda çoxlu istehsal, sənaye, emalsosial təyinatlı obyektlərin tikintisinə imkan yaratmışdır.

Dövlət proqramları çərçivəsində görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafa da müsbət təsir göstərmişdir. Bunun sayəsində 2004-2018-ci illərdə ümumi daxili məhsul real ifadədə 3,3, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 2,6, o cümlədən qeyri-neft sənayesi 2,4, kənd təsərrüfatı 1,7 dəfə çoxalmışdır. Dövlət proqramlarının icrası dövründə regionlarda çoxsaylı yeni növ məhsullar istehsal edilmiş, bununla əlaqədar xarici ticarətin coğrafiyası daha da genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Həmin dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparmış, qeyri-neft məhsullarının ixracı 4,2 dəfə artmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkədə qeyri-neft sənayesinin inkişafına böyük təkan vermişdir. Belə ki, 2004-2018-ci illər ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etmiş, yeni müəssisələr yaradılmış, onların istehsal potensialı artmış, ölkə sənayesində 2,6 dəfə real artım qeydə alınmışdır.

Həmin dövrdə ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi də öz müsbət nəticəsini vermişdir. Bunu statistik rəqəmlər də təsdiq edir. Məsələn, 2003-cü ildə sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 56,8 faiz təşkil edirdisə, hazırda bu rəqəm 80 faizdən çoxdur. Bütün bunlar sənayedə işgüzar mühitin yaradılmasına, kiçikorta sahibkarlığın inkişafına dövlət dəstəyi sayəsində mümkün olmuşdur.

Regional inkişafla bağlı qəbul olunan dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə bölgələrdə sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində xeyli görülmüşdür.

Hazırda regionlarda 9 sənaye park və məhəllələri fəaliyyət göstərir. Bu sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq qoyulub və həmin layihələrin yerinə yetirilməsi sayəsində 11 mindən çox yeni yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi xarici bazara ixrac edilib.

Dövlət proqramlarının icrasında aqrar sektorun inkişafına geniş yer ayrılıb. Bu hesaba ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşmışdır. Həmin müddətdə iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılmış, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilmişdir.

Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda 33 rayon üzrə 258,3 min hektar ərazidə 51 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam edir. Hazırda 22 aqropark fəaliyyət göstərir. Cari ilin sonuna qədər daha 11 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulub. Həmin layihələrin icrası sayəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni yeri açılacaq.

İnvestisiyaların təşviqi sayəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bugünədək 400-ə yaxın layihə təşviq olunub və bunların sayəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bu, regionlarda 16 mindən çox yeni yerinin açılmasına imkan yaradıb.

Bununla yanaşı, Prezidentin ənənəvi kənd təsərrüfatı sahələrinin - pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyinin inkişafı istiqamətində imzaladığı sərəncamlar, həmçinin istehsalçılara yetişdirdiyi məhsula görə subsidiyaların verilməsi istehsalixrac potensialının artırılmasına, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə geniş imkan yaratmışdır. Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər sayəsində ölkəmizin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlmişdir. Ərzaq məhsullarının istehsalı artmaqla yanaşı, ixrac imkanları da genişlənmişdir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 10.