Muriel Peneveyre: “Naxçıvan çoxşaxəli
iqtisadiyyata malikdir”
Mən bu ilin iyul ayının
sonunda İsveçrə
Konfederasiyasının Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
təyin edilmişəm. Çox sevinirəm
ki, Azərbaycanın bölgələrindən ilk dəfə
məhz Naxçıvana
səfər etmişəm.
Bu sözləri AZƏRTAC-a Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Muriel Peneveyre
deyib.
Diplomat bildirib ki, burada bir sıra yüksəksəviyyəli görüşlər keçirib. Görüşlərdə gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Səfir Naxçıvandakı istehsal və sənaye müəssisələrində də olub, İsveçrə hökumətinin dəstəyi ilə bərpa olunan kəhrizə baxıb. O, kəhrizin yaxşı fəaliyyət göstərdiyini və əhalinin də ondan səmərəli şəkildə istifadə etdiyini vurğulayıb. Muriel Peneveyre səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzi ilə də tanış olduğunu, çoxşaxəli iqtisadiyyata malik Naxçıvan barədə ətraflı məlumat aldığını bildirib.
"Səfərim birgünlük olduğundan
muxtar respublika ilə
tanışlıq imkanım o qədər
də çox olmadı. Ümidvaram
ki, mən buraya bir daha səfər edəcək
və qədim diyarla daha
yaxından tanış olmaq imkanı qazanacağam”, - deyən səfir ona göstərilən qonaqpərvərliyə
görə minnətdarlığını ifadə edib.
Azərbaycan.- 2019.- 15 sentyabr.- S.
10.