Sahibkarlar üçün
təlim təşkil olunub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların maliyyə savadlığının artırılması məqsədilə gənc və qadın sahibkarlar, o cümlədən biznes fəaliyyətinə yeni başlayanlar üçün "Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçirib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən maliyyə hesabatlarının hazırlanması, maliyyə vəziyyəti və onun nəticələri, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, maliyyə hesabatları əsasında qərarların qəbul olunmasına dair təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, KOBİA tərəfindən
mikro, kiçik və
orta biznes subyektləri
üçün "ömür
boyu öyrənmək” imkanlarının
təmin edilməsi məqsədilə dövlət-özəl
əməkdaşlığı çərçivəsində
mütəmadi olaraq müxtəlif tədbirlər,
o cümlədən təlim, seminar və treninqlər təşkil edilir, sahibkarlar maarifləndirilir.
Azərbaycan.- 2019.- 15 sentyabr.- S.
10.