Dünya ictimaiyyətini narahat edən ekoloji problem

 

16 sentyabr Ümümdünya Ozon Qatının Mühafizəsi Günüdür

 

Yay fəslinə xas olmayan soyuq, yağışlı, küləkli havalar birdən-birə istiləri qovub aparır. Sanki payız öz sırasını pozaraq erkən gəlir. Ancaq o da çox duruş gətirə bilmir. İki-üç gün sonra yenidən qızmar istilər təbiətin yay fəsli olduğunu yada salır. Havaların kəskin dəyişməsi insanları çaş-baş salır. Mütəxəssislər bildirirlər ki, ozon təbəqəsinin getdikcə nazilməsi yalnız istilik yaratmır, həm kəskin soyuqlara, fəsillərin yerinin dəyişməsinə səbəb olur.

 

Alimlər xəbərdarlıq edir

 

Tədqiqatçılar hələ 1971-ci ildə ozon qatının azala biləcəyi barədə xəbərdarlıq ediblər. Amerikalı alim Conson alman alimi diqqətə çatdırıblar ki, reaktiv təyyarələrdən çıxan azot oksidləri ozonla katalitik reaksiyaya girib onu məhv edir. Sonrakı tədqiqatların nəticələrindən isə yalnız azot oksidlərinin deyil, karbohidrogenlərin, xüsusilə freon adlanan xlorlu karbohidrogenlərin ozon olan mühitə düşdükdə günəş şüalarının təsiri ilə ozonun zəncirvari məhvinin baş verdiyi məlum oldu.

Ekoloji problemin qarşısının alınması məqsədilə 1982-ci ilin yanvarında BMT-nin Ətraf Mühit Proqramı "Ozon qatının qorunması haqqında Qlobal Konvensiyalayihəsinin hazırlanması üçün xüsusi hüquqi texniki ekspertlər qrupunun ilk müşavirəsini düzənlədi. Ümumdünya Meteorologiya Təşkilatı problemin elmi xülasəsinin hazırlanmasında, konvensiya üçün prinsipial əsasların müəyyənləşdirilməsində əhəmiyyətli işlər həyata keçirdi.

Üç il davam edən danışıqların ardınca 1985-ci ildə BMT tərəfindən "Ozon qatının qorunmasına dair Vyana Konvensiyasıqəbul olundu. Konvensiyanın 21-ci maddəsinə görə, ətraf mühitin ozon qatının dağılması ilə əlaqədar insan sağlamlığını mənfi təsirlərdən qorumağa dair ölkələr öhdəliklər götürdülər. 1987-ci ilin sentyabrında Monreal şəhərində imzalanan tarixi protokola ozon qatını dağıdan maddələrin istehsal istifadəsinin mərhələlər üzrə azaldılmasının tənzimlənmə tədbirləri daxil edildi.

 

Beynəlxalq miqyasda tədbirlər həyata keçirilir

 

İngilis alimlərindən biri 1985-ci ildə "Təbiətadlı jurnalda ozon qatının ölçülməsi haqqında öz nəticələrini dərc etdirdi. O göstərdi ki, 1956-cı ildən başlayaraq yaz aylarında Antarktida üzərində ozonun miqdarı 1985-ci ilədək təxminən iki dəfə azalıb. Nəticələr peyklər vasitəsilə aparılan ölçmələrlə təsdiqləndi. Bu fakt dünya ictimaiyyətini ciddi narahat etməyə başladı. Çünki planetimizdə bütün canlı həyatı qoruyan ozon qatıdır. 400 milyon ildən artıq mövcud olan, Yer səthindən 10-16 kilometr hündürlükdə yerləşən, günəşdən yayılan təhlükəli ultrabənövşəyi şüaları filtrasiya edən bu qat son 100 ildə dağılmaq təhlükəsi ilə üzləşib. Səbəb sənayenin inkişafı ilə əlaqədar külli miqdarda zərərli kimyəvi maddələrin atmosferə buraxılmasıdır.

BMT-nin Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, 16 sentyabr Ümumdünya Ozon Qatının Mühafizəsi Günü elan edildi. Konvensiyaya 173 dövlət qoşuldu. Hazırda bu əhəmiyyətli sənədin tələblərinin yerinə yetirilməsi məqsədilə öhdəliklər götürən ölkələrin sayı 200-ə yaxındır.

Yer üzərində həyat davam edir. Ancaq ozon qatı normal vəziyyətə çatdırılmayanadək bütün canlılar bu problemlə bağlı mənfi fiziki təsirlərə məruz qalacaqlar. Buna görə beynəlxalq miqyasda azot oksidlərinin, xlorlu karbohidrogenlərin atmosferə buraxılmasını azaltmaq üçün sazişlər bağlanır, tədbirlər həyata keçirilir. Müntəzəm olaraq ozon qatının müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika Kosmik Agentliyi

(NASA), Ümumdünya Meteorologiya Təşkilatı, Böyük Britaniya, Kanada, Yeni Zelandiya digər ölkələrin bir sıra təşkilatları məşğul olur.

 

Ölkəmiz "Ozon qatının qorunması haqqında Vyana Konvensiyası”na, "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na bu protokola edilmiş düzəlişlərə dair sazişə 1996-cı ildən qoşulub. Bu beynəlxalq müqavilələrə qoşulmaqla Azərbaycan qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Həmin öhdəlik sənaye müəssisələri məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz avadanlıqların, xüsusilə soyuducu kondisionerlərin ODM olmayan daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təminindən, ODM-li cihaz avadanlıqların respublikaya idxalının getdikcə azaldılmasına tamamilə qadağan edilməsinə nail olunmaqdan ibarətdir.

 

Proqnozlar hələ ürəkaçan deyil

 

Hər il sentyabrın 16-da bəşəriyyətin diqqəti bir daha bu problemə yönəldilir. Planetimizi günəşin məhvedici radiasiyasından, canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının mühafizəsinin bütün dünya ölkələri üçün ən vacib məsələlərdən olduğu yenidən nəzərə çatdırılır. Bu təbəqə ümumi ekoloji tarazlıq, Yer üzərində temperatur rejiminin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Ozon qatının dağılması flora faunanın məhvinə, insanlar arasında göz xərçəng xəstəliklərinin geniş yayılmasına, həmçinin bütün canlıların immun sisteminin zəifləməsinə nəticədə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Alimlərin xəbərdarlıqlarından biri budur ki, ozonun ümumi miqdarının azalması, ultrabənövşəyi şüalanmanın artması buzlaqların əriməsi ilə nəticələnir. Son 100 ildə okean sularının səviyyəsi 10-15 sm yüksəlib Yer kürəsində orta illik temperaturun 0,6 dərəcəyədək qalxması qlobal istiləşmə problemi yaradıb. Dünyanın inkişaf etmiş dövlətləri birlikdə iqlim dəyişikliyi ilə mübarizə proqramları hazırlayır, bəyanatlar qəbul edir, layihələr həyata keçirirlər. Verilən proqnozlar isə hələ ürəkaçan deyil. Zədələnmiş ozon qatı bu vəziyyətdə qalarsa, problemlərin qarşısı alınmazsa, yaxın illərdə planetimizdəki bir çox bitki heyvan növlərinin nəslinin kəsiləcəyi ilə bağlı mütəxəssislər xəbərdarlıq edirlər.

Kəskin problemlər yaradan, öz evi olan Yer kürəsini təhlükəyə məruz qoyan insanların özləridir. Yaratdığı çətin vəziyyətlə isə digər canlılarla yanaşı, öz həyatını, sağlamlığını təhlükəyə atır. Yer üzündə, dəniz okeanlarda canlı növləri tükənməkdə, təbii ehtiyatlar, içməli su, yeraltı yerüstü nemətlər azalmaqdadır. Elə çıxış yolunu da bəşər övladları özləri axtarmalı, ölkəsindən, irqindən, dilindən dinindən asılı olmayaraq hər kəs əl-ələ verib Yer kürəsini qorumalıdır. Ona görə ozon qatının mühafizəsindən bir gün deyil, hər vaxt danışılmalı, problemin həlli yolları aranmalıdır.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 11.