Bakıda
keçiriləcək bədii gimnastika
üzrə 37-ci dünya
çempionatının medalları ictimaiyyətə təqdim
olunub
Sentyabrın 16-22-dək Bakının ev sahibliyi edəcəyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının medalları ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Ümumilikdə doqquz dəst medal uğrunda 61 ölkədən 300-dən artıq gimnast mübarizə aparacaq.
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda çoxnövçülük
üzrə ilk 16-lıqda yer
alan gimnastlar (bir ölkədən maksimum
2 gimnast olmaqla) lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə
isə ötən ilin dünya
çempionatının nəticələrinə əsasən,
Bolqarıstan, Rusiya və İtaliya
artıq lisenziyanı təmin ediblər. Bu
ilin çempionatında çoxnövçülük
xalları üzrə daha 5 ən
yaxşı komanda Tokioya
vəsiqə qazanacaq.
Azərbaycan.- 2019.- 15 sentyabr.- S.
11.