Birinci vitse-prezident Mehriban Əliyeva şagird
və tələbələri Bilik Günü münasibətilə təbrik edib
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələri
15 sentyabr – Bilik Günü münasibətilə təbrik
edib.
AZƏRTAC xəbər verir ki, təbrik mətni birinci xanımın rəsmi "İnstagram" səhifəsində paylaşılıb.
"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.
Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.
Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.
Əziz dostlar, Bilik Gününüz
mübarək!", - deyə təbrikdə bildirilir.
Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 1.