Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri
başlayıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-dək davam
edəcək təlimlərə 10 min nəfərədək
şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım
atəş sistemi və minaatanlar,
20-dək ordu və cəbhə
aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş
aparatları cəlb olunub.
Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 1;
7.