Türkiyənin Vitse-prezidenti Fuat
Oktayın şərəfinə rəsmi nahar
verilib
Sentyabrın 16-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun adından Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın şərəfinə rəsmi nahar verilib.
AZƏRTAC xəbər verir
ki, səmimi söhbət zamanı Azərbaycan
ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin,
o cümlədən iqtisadi
sahədə əməkdaşlığın perspektivləri
barədə fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 4.