Müdafiə Nazirliyinin xüsusi təyinatlı
təhsil müəssisələrində Bilik
Günü qeyd edilib
Yeni tədris ilinin başlanması münasibətilə Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təntənəli mərasimlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə nazirinin tapşırığına əsasən vəzifəli şəxslər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.
Müdafiə Nazirliyinin rəhbər heyətinin, tədris müəssisələrinin rəislərinin, professor-müəllim və şəxsi heyətin iştirakı ilə keçirilən təbirlərdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub. Yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Birinci vitse-prezidentin təbrikləri çatdırılıb.
Mərasimlərdə çıxış edənlər ölkə başçısının təhsil sisteminin inkişafına göstərdiyi qayğını xüsusi vurğulayaraq hərbi təhsilə ciddi diqqət yetirildiyini bir daha qeyd edib, yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyətə təhsildə uğurlar arzulayıblar.
Tədbirlərdə
kursantların hazırlıq səviyyəsinin
artırılması, nizam-intizamın və mənəvi-psixoloji
hazırlığın yüksəldilməsi istiqamətində
xüsusi təyinatlı təhsil müəssisələrinin
rəhbərliyinə Müdafiə nazirinin
müvafiq tapşırıq və
tövsiyələri çatdırılıb.
Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 7.